6.8.5. Azərbaycan populyasiyası
Azərbaycan populyasiyası Sarı Qafqaz arı cinsinin Azərbaycanın Mərkəzi Aran rayonlarına uyğunlaşmış növüdür. Bu populyasiya da mənsub olduğu cinsin müsbət xüsusiyyətlərini hifz edərək saxlayır və yayın sərt iqlim şəraitində fəaliyyət göstərə bilir. Yazda onlarda inkişaf daha tez başlayır. Qışlamanı yaxşı keçirir.
6.8.6. Lənkəran populyasiyası
Bu, subtropik iqlim şəraitində yaranmış və həmin şəraitə uyğunlaşmış arı populyasiyasıdır. Onun rəngi, əsasən sarı, qumlu düzənliklərdə isə çirkli sarı olur. Tipik Lənkəran arı populyasiyası acıqlı (sancmağa çox meyllidir), beçəverməyə Sarı İran arısına nisbətən az, Bozdağ Qafqaz və Orta Rusiya arılarına nisbətən çox meylli, sərt qışa davamsız və oğurluğa həris arılardır. Arıçılıq mövsümünün qızğın dövründə bu populyasiya ailədə 60000-ə qədər arı yetişdirə bilir. Lənkəran düzündə bu arılar bitkilər yanvar ayında da çiçək açdıqda çiçək tozu toplaya bilir. Lənkəran arı populyasiyası subtropik iqlim şəraitinə uyğunlaşdığından tropik, qışı sərt keçən yerdə inkişaf edə bilmir. Lerik, Lənkəran, Astara və Yardımlı rayonlarının sərhəd boyu zonalarında yayılmışdır.
6.8.7. Naxçıvan populyasiyası
Bu qarın nahiyəsi sarı halqalı arılardır. Onun xortumu (6.4-6.9 millimetr) Bozdağ Qafqaz arısına nisbətən qısadır. Bir günlük işçi arılarının kütləsi 90-100, mayalanmamış ana arının bədəninin çəkisi 200, mayalanmış ana arının isə 220 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1200-1700 ədəd yumurta qoyur. Bu populyasiyadan olan arılar cənub-qərbin iqliminə yaxşı uyğunlaşmış və belə şəraitdə bol bal məhsulu toplayır. Balı tünd (“nəm”) möhürləyir. Lakin uzun sürən qışa davamsızdır. Naxçıvan arı populyasiyası öz sakitliyi ilə başqa arı cinslərindən seçilir. O, zəif arılara hücum edib bal ehtiyatını oğurlamaq və tez-tez beçə verməyə çox hərisdir. Mövsüm ərzində 20-30-a qədər ana yuvası qurur, 4-5 dəfəyədək beçə verə bilir. Bu arı cinsi Naxçıvan ərazisində yayılmışdır.
Azərbaycanda yayılan arı cinsləri və populyasiyalarının coğrafiyası aşağıdakı cədvəldə daha aydın əks olunmuşdur (Cədvəl 6.1).
Bal arısı cinslərinin adı | Bal arısı cinslərinin populyasiyaları | Rayonların adları | Köçürülən ərazilər |
Bozdağ Qafqaz | Qabaqtəpə | Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Bərdə, Tərtər, Füzuli, Qubadlı, Zəngilan, Laçın və Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Kəlbəcər |
Kiçik Qafqazın dağlıq və dağətəyi bölgələri: Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Şəmkir, Qubadlı, Zəngilan, Laçın, Cəbrayıl, Əsgəran, Ağdərə, Şuşa, Xocalı, Füzuli, Kəlbəcər, Samux Aran bölgələri: Qazax, Ağstafa, Tovuz, Bərdə, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir, Ağcabədi, Beyləqan, Saatlı, Sabirabad, İmişli |
Qonaqkənd | Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən, |
Böyük Qafqazın dağlıq və dağətəyi bölgələri: |