6.7. İtalya cinsi
İtaliya ərazisində (Apenin yarımadası) inkişaf etmişdir. Dünyada yayılmasına görə birinci yeri tutur. İtaliya cinsi - İtaliya, ABŞ, Kanada və bir çox ölkələrin müxtəlif yerlərində yayılıb. Mənşəyi İtaliyada yerləşən Liqurqiya vilayətindəndir, ona görə də bu cinsi bəzən liquriya cinsi adlandırırlar.
Bu cinsin digər sarı cinslərdən fərqi odur ki, yalnız işçi arılar və ana arı yox, həm də erkək arıları da sarı rəngdədir. Bədəninin ölçüsü böyük (Orta rus arısından böyükdür), az beçəverən, balın möhürü qarışıqdır. Pis hava şəraitində nektar dalınca uçmur. Bu cinsin mum ifrazı çox yaxşıdır, arılar şanı çox hamar, səliqəli və gözəl hörür. Arı böyük, az beçəverəndir, sarı rəngdə olur, balın möhürü qarışıqdır. Analar böyük olur, qızılı-sarı rəngdədir. Bu səbəbdən də onları şanlarda tapmaq asan olur. Balı gövdə və calaqlara yığır, bu isə balın sənaye istehsalı texnologiyası ilə istehsalı üçün çox dəyərlidir.
Xortumunun uzunluğu 6.4-6.7, üçüncü tergitin eni 4.8 millimetr, bir günlük işçi arılarının kütləsi 115, mayalanmamış ana arının bədəninin çəkisi 190, mayalanmış ana arının isə 210 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 2000-2500 ədəd yumurta qoyur (Şəkil 6.10).
Cinsin çatışmayan cəhəti pis qışlamasıdır. Qışlamada yemdən çox istifadə edir.
Ailələr yaxşı və sürətlə inkişaf edir və çoxlu güc yığır. Balı gövdə və calaqlara yığır, bu isə balın sənaye istehsalı texnologiyası ilə istehsalı üçün çox dəyərlidir.
Arılar oğurluğa meyllidir, tez-tez qonşu ailələrə basqın edir, çünki onlar yaşayış yerinin yaxınlığında bir nektar mənbəyi axtarır. Öz yuvalarını oğru arılardan yaxşı qoruyur.
Digər cinslər arasında İtaliya cinsi akarapidoza yaxşı qarşılıq verir, lakin Orta rus arısından zəifdir, çünki gəzəngi toksikozu, nosematoz və Avropa çürüməsinə dayanıqsızdır. Bu xəstəliklərə güclü yoluxur.