6.4. Orta Rusiya arı cinsi
Böyük bir ərazini əhatə edir və çox sayda populyasiyanı təmsil etdiyi üçün bir super cins olduğunu düşünməyə əsas verir. Bu cinsin arıları təxminən 8000 il əvvəl böyüyən meşələrdə məskən salaraq Avropanın qərb, mərkəzi, şərq və şimal hissələrində geniş yayılmağa başladı. Orta rus arlarının təbii köçürülməsi Başqırd və meşə populyasiyası ilə birlikdə Rusiya, həmçinin Belorusiya, Baltikyanı və Ukraynanın meşəlik olan bölgələrində yayılıb və on səkkizinci əsrdən bəri Sibir ölkələrinə gətirildi. Xortumunun uzunluğu 6.0-6.4, üçüncü tergitin eni 5 millimetr, bir günlük işçi arılarının kütləsi 110, mayalanmamış ana arının bədəninin çəkisi 190, mayalanmış ana arının isə 210 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1600-2000 ədəd yumurta qoyur (Şəkil 6.7).
Arı iri və tünd-boz rəngdə olmaqla sarımtıl olur. Ailə beçə verməyə meyllidir. Beçə hazırlığı zamanı 25-30 analıq hazırlayır. Balı yuva şanlarının yuxarı hissələri, calaq altlıqları, pətəklərin üst gövdələrində yerləşdirir, bu da dik pətəklərdə arıları saxlamaq üçün çox əlverişlidir. Balın möhürü ağ, “quru”, qışadözümlüdür, uçuşsuz 6-7 ay saxlanılır, nozematoz və gəzəngi zəhərlənməsinə qarşı dözümlüdür. Hirsli və güclü narahat olandır. Arı hücumuna dözümsüzdür, yuvanı zəif gözləyir.
Cökədən olan çoxlu məhsuldar yığımlardan yaxşı istifadə edir, nektarın mənbələrini axtarmaqda fəal olmur: gün ərzində 3-4 balverən bitki növünün üzərinə qonur.
İsti rayonlarda bu cinsin arıları pis işləyir və məhsuldarlığı az olur. Bal yığımı zamanı ana arı yumurtalamağı həddən artıq azaldır.
6.5. Sarı Qafqaz cinsi
Gürcüstan və Azərbaycanın bütün sarı arıları bu cinsə aiddir. Bir neçə populyasiyaları var - Sarı dərə arıları (Gürcüstan və Azərbaycan), Şimali Qafqaz (Kuban) sarı arıları geniş yayılmış (Krasnodar, Stavropol diyarları və Rostov vilayətinin çöl bölgələri), Sarı İran arıları (İran və qonşu bölgələrdə) yayılmışdır.
Xortumunun uzunluğu 6.5-6.9, üçüncü tergitin eni 4.7 millimetr, bir günlük işçi arılarının kütləsi 80-90, mayalanmamış ana arının bədəninin çəkisi 180, mayalanmış ana arınınkı isə 200 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1200-1700 ədəd yumurta qoyur (Şəkil 6.8).