6.3. Ukrayna çöl cinsi
Ukrayna çöl cinsi Ukraynanın çöl və cənub meşəlik-çöllüyündə yayılıb. Onun kökləri barədə birmənalı fikir yoxdur, bəziləri onu Orta rus cinsinin cənub qolu kimi hesab edir, digərləri isə arıların Karpat cinsi ilə əlaqələndirir (Şəkil 6.6). İşçi arıların bədəni açıq-boz rəngə malikdir. Xortumunun uzunluğu 6.3-6.7, üçüncü tergitin eni 4.7 millimetr, bir günlük işçi arılarının kütləsi 105, mayalanmamış ana arının bədəninin çəkisi 180, mayalanmış ana arının isə 200 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1500-1900 ədəd yumurta qoyur. Müxtəlif çöl otlarından alınan nektardan yaxşı istifadə edir. Ukrayna çöl cinsini meşəlikçöllükdən meşəliyə keçən bölgələrdə saxlayırlar - bu cinsin tələblərinə cavab verən yem bazası olan Kirovoqrad vilayəti və bir çox digər bölgələr, həmçinin yerli istifadə üçün Karpat və meşəlikdən başqa, bütün vilayətlərdə saxlayırlar. Son 50 il ərzində Ukrayna çöl cinsi müəyyən dərəcədə Qafqaz cinsləri, əsasən də Bozdağ Qafqaz meqrel populyasiyası ilə qırmızı yonca toxumluqlarının tozlandırıcısı kimi mələzləşib.
Ondan da əvvəl Ukrayna çöl arıları İtaliya cinslərinin mehriban məhsuldar anaları ilə mələzləşib. Son vaxtlar Karpat arıları ilə mələzləşir. Çürümə və nozematoza qarşı dözümlüdür, cökədə olan nektardan yaxşı istifadə edir.
Arıların ölçüsü nisbətən böyük olur, qışa dözümlüdür, çox da mehriban deyil, 15-20 analıq hazırlayır, balın möhürü açıq, “qurudur”, çox gövdəli pətəkdən yaxşı istifadə edərək güclü ailələr yaradır. Lakin nektar mənbələri axtararkən kifayət qədər fəal olmur və gün ərzində 2-3 növ balverən bitkilərin üzərinə qonur, tərkibində 14 faiz və daha çox şəkəri olan nektar seçir.