Qarnının ilk seqmentlərində sarı halqaların olması cinsin mələzləşməsi (hibrid) deməkdir (Şəkil 6.4).
Ölçülərinə görə Orta Rusiya və Ukrayna çöl arılarından kiçikdir, lakin uzun ayaqlar və qanadları var, eyni zamanda digər bütün arı cinslərindən uzun sorucu ağız aparatı ilə fərqlənir. Xortumunun uzunluğu 6.6-7.2 (Şəkil 6.4), üçüncü tergitin eni 4,7 millimetr, bir günlük işçi arıların kütləsi 75-90, mayalanmamış ana arının bədəninin çəkisi 180, mayalanmış ana arının isə 200 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1100-1700 ədəd yumurta qoyur.
Xitin qabığı bozdur, adının mənşəyi də burdan götürülüb. Balın möhürü tünd, “nəmdir” - arılarının balı ilə mum qapağı arasında hava boşluğu qalmır: qapaq bütün çəkisi ilə balla əlaqəyə girir.
Bal yığımının əvvəli nektarı şan olan yuvalarda saxlayır, bu isə ananın yumurta qoymasını məhdudlaşdırır. Bu xüsusiyyət ailələrə, əsasən çox olmayan bal yığımından səmərəli istifadə etməyə imkan verir.
Səhər-səhər arılar digər cinslərdən tez bal yığımı işinə başlayır, axşam isə gec uçur (aşağı temperatur və havanın yüksək rütubəti olduğu təqdirdə işləyir). Nektarın mənbələrini sürətlə axtarır, gün ərzində 15 növ nektarlı bitkinin üzərinə qonur (Şəkil 6.5). Mehriban, (sülhsevən), az beçəverəndir, 5-10 analıq hazırlayır, ananın sakit əvəzlənməsinə (öz-özünə əvəz olunan) meyllidir. Onlar arıların digər cinslərindən daha çox yuvanı təmizləyir.
Uzun uçuşsuz müddət zamanı ailə pis qışlayır. Digər ailələrdən bal oğurluğuna meyllidir, öz yuvalarını isə yaxşı qoruyur. Bu cinslərdən olan arı ailələri az olur, bu isə dik pətəklərdən istifadə edilməsini çətinləşdirir. Bərəmum (propolis) və güləmi arılar yuvada özləri üçün yaxşı tədarük edir.
Qışa dözümlülük, bal məhsuldarlığının artırılması və ağız sorucu aparatının uzadılması istiqamətində seleksiya aparılır.
Meqrel populyasiyası Bozdağ Qafqaz cinsinə aiddir. Qafqazın hündür dağ bölgələrində yayılıb. Bu cinsdən olan arı populyasiyasından ən məhsuldar və qışa dözümlü hesab olunur, onun uzun sorucu ağız aparatı var - 7,1-7,2 millimetrdir. Tünd-boz rəngdə, mehriban, beçəverməyən, bal yığımı mənbələrinin axtarışı zamanı fəaldır, bütün yığım, o cümlədən zəif yığımlardan yaxşı istifadə edir.