6.1. Karpat arı cinsi
Təbii yaşayış yeri Karpatdır. Arıların bədən rəngi bozdur. Karpat arıları xarici görünüşünə görə Ukrayna çöl arılarına yaxındır. Xortumunun uzunluğu 6.3-7.0, üçüncü tergitin eni 4,8 millimetr, bir günlük işçi arılarının kütləsi 110, mayalanmamış ana arının bədəninin çəkisi 185, mayalanmış ana arının isə 205 milliqramdır. Ailənin yaz inkişafı zamanı ana arı bir gündə 1200-1800, yayda isə 2000 və daha çox yumurta qoyur. Arının möhürü ağdır, “qurudur” - arının balı ilə mum qapağı arasında kiçik hava boşluğu qalır. Az beçəverən, nektarın mənbələrini sürətlə axtarmağa meyllidir, gün ərzində 8 növ nektarlı bitkinin üzərinə qona bilər (Şəkil 6.2). Bu cinsin arıları sülhsevər və qışa dayanıqlıdır.
Nisbətən az miqdarda şəkər olduqda, həmçinin havanın çiskin və yüksək rütubəti olduqda belə Karpat cinsindən olan arılar nektar yığmağı bacarır.
6.2. Bozdağ Qafqaz arı cinsi
Bu cinsin bir neçə populyasiyası vardır:
Bunlarla yanaşı - Şimali Qafqaz, Meqrel, Abxaziya, Kaxetiya populyasiyaları mövcuddur. Bu müxtəliflik cinsin formalaşmasında iqlim şəraitinin müxtəlifliyi ilə izah olunur.
Bozdağ Qafqaz arı cinsi Qafqaz və Qafqazyanı dağlıq bölgələrdə daha çox yayılıb (Şəkil 6.3). Qarın üzükləri qara, üzərindəki tüklər isə boz rəngdə olur. Bədən rəngi - qarın halqaları qaradır, boz çalarlarla, əsasən qarın seqmentlərində sarı halqaların olmaması ilə fərqlənir.