6. Arı cinsləri və onların seleksiyası
Arıçılıqda zooloji təsnifata görə coğrafi arı cinsləri növləri, praktikada isə yerli cinslər yayılıb (Şəkil 6.1). Professor Fridrix Rutnerin təsnifatına əsasən, Yer üzündə 25 növ bal arısı cinsi var.
1 - Karpat;
2 - Bozdağ Qafqaz;
3 - Ukrayna çöl;
4 - Orta Rusiya;
5 - İtaliya cinsləri.
Zavod cinslərini bu günə kimi almaq mümkün olmayıb. Cinslərinin struktur tərkibi xətlər və ailələrdən ibarətdir. Arıçılıq sənayesində sözün tam mənasında heç bir zavod cinsi olmamasına baxmayaraq, 20-ci əsrin sonlarında İngiltərədə Adam Kerle adlı bir keşiş tərəfindən tünd meşə və italyan arı cinslərinin əsasında əfsanəvi Bakfast arısı yaradılmışdır.
Hər cinsdə populyasiyanın öz yeri var. Təbii şəraitlər - iqlim, yem bazası, bal yığımının təsiri altında arıların cinsləri və populyasiyası yaranıb. Bal arısının iki növü daha çox yayılıb: Avropa və Qafqaz. Onların hər birinin populyasiyası, cinsi, qrupları və yarımqrupları var.
Cinslərin əksəriyyəti Avropada formalaşıb: İtaliya, Krayn, Karpat, Ukrayna çöl. Onların bioloji və təsərrüfat xüsusiyyətləri məhsuldar, mehriban, qışa dözümlü cinslərin istifadə edilməsi məqsədi ilə öyrənilir ki, balın istehsalı və kənd təsərrüfatı entomofil bitkilərinin effektiv tozlanmasını artırmaq mümkün olsun.
İtaliya cinsi daha çox yayılıb (50 ölkədən çox). İkinci yerdə Bozdağ Qafqaz cinsidir (40 ölkədən çox).