Beləliklə, bu cür qənaətə gəlmək olar ki, arıların fəaliyyətini fizioloji vəziyyət və müəyyən
dərəcədə yaşı ilə müəyyən etmək olar. Bu səbəbdən məlum olur ki, nə həyat dövrü, nə də vaxt
hesabı (təqvim yaşı) arıların həyat fəaliyyətində rol oynayır, məhz fizioloji yaş onların həyatında
çox vacib amil hesab olunur.
-
Arıların fiziolji və təqvim yaşı təlim elementini öyrənməyə başlayarkən qış arılarının həyata
necə göz açması, bu vəziyyətə keçməyən arılardan onların nə ilə fərqləndiyi, bunun üçün
onlara hansı şəraitin yaradıldığı və başqa məsələləri öyrənməyə çalışın.
-
Çöl işlərinə gedənə qədər gənc arıların hansı işləri görmələri barədə mövcud bilikləri
öyrənin.
-
Gənc arıların neçə gündən sonra uçuşa çıxdıqları, necə hərəkət etmələri, hansı məqsədlə uçuş
etmələrinə diqqət edərək öyrənin.
-
Arıların güclü uçuşunun nədən xəbər verdiyini diqqətinizdə saxlayın.
-
Yığım vaxtı arıların güclü və gərgin işləməsi, bu gərginliyin onların ömür yolunu necə
qısaltmasını öyrənin.
-
Payızdan qışlamaya girən arıların cavan qalmasının səbəblərini öyrənin.
-
Şəkərlə yemlənən arılarda azotun azalmasının səbəbini öyrənin və gələcək işinizdə əsas
tutun.
-
Arıların yaşama müddətinin piy cismindən asılılığına diqqətlə yanaşın.
-
Arıların həyatında pətək dövrü (birinci dövr) və ikinci dövrün xüsusiyyətlərinə diqqətlə
yanaşın.
-
Arıların həyatında fizioloji yaşın əsas amil olmasına diqqət edin və öyrənin.