Məlumdur ki, 6-9 günlük yaşında olan yemləyici arılarda udlaq vəziləri yaxşı inkişaf edir, 12-18 günlük yaşında olan şan hörən arılarda isə mum vəziləri maksimal olaraq inkişaf eləyir.
Müxtəlif yaşlı arıların hərəkətlərini müşahidə nəticəsində məlum olmuşdur ki, həyatı dövrü ərzində arılar ardıcıl olaraq bir neçə işi yerinə yetirir, onların dəyişməsi də yaşa uyğun olur. Elə məlumatlar da müşahidə olunub ki, arılar həyatlarının ilk günündən yuvada hər bir işi görə bilir: qovuqcuqları təmizləyir, hər yaşda olan sürfələri yetişdirir, şanları hörür.
Sözsüz ki, fizioloji, anatomik və biokimyəvi dəyişikliklər nəzərə alınmalıdır, çünki onlar bir- birinə bağlıdır. Güləmin səmərəli istifadəsi və onun həzmi arıların bədənində zülal birləşmələrinin yığılmasına gətirib çıxarır ki, bu da onlarda udlaq vəzilərinin sürətlə inkişafına səbəb olur.
Müəyyən olunub ki, bu dəyişikliklərin həcmi bir çox amillər, əsasən də ailədə sürfənin olmasından asılıdır.
Bu gün artıq dəqiq bəllidir ki, arıların həyatında pətək dövrü, əsasən gənc nəslin bəslənməsi, ikinci dövrü isə bal və güləmin axtarışı və emalı ilə bağlıdır.
İlk günlərdə arıların orqanizmində bəzi vəzilərin inkişafı və zülal maddələrinin yığılması ilə müşahidə olunan hazırlıq prosesləri baş verir. Belə ki, pətək arılarının həyatında müəyyən dövr olur ki, onlar anatomik və fizioloji xüsusiyyətlərinə görə süd vermir, bu isə o deməkdir ki, onlar kiçik sürfələrin südlə yemlənməsində iştirak etmir.
Mövsüm ərzində bu dövr kəskin şəkildə dəyişilir. Yaz və yaşlı nəsli olan arılarda bu dövr 3-5 gün davam edirsə, payız nəsli olan arılarda isə bu müddət bir neçə ay davam edir. Bu, arıların fizioloji və təqvim yaşının fərqinin əsas göstəricilərindən biridir. Bu, çox vacibdir.
Qeyd etmək lazımdır ki, payız nəsli olan arılar xüsusi şəraitdə qalır: onlar sürfəni az yemləyir və ya heç yemləmir. Payız nəsli olan arıların bəzilərində isə qışda da udlaq vəzilərinin çıxış kanallarında hormonlar olmur, baxmayaraq ki, vəzilər yaxşı vəziyyətdə olur.
Payız nəsli olan arılarda növbəti ilin yazında vəzilərin işinin bərpası üçün lazım olan çoxlu sayda zülal birləşmələri yığılır.
Bu nəsildən olan arılar güləmlə qidalanmaq ilə fərqlənir, bu səbəbdən də digər nəsildən olan arılardan fərqli olaraq həzm zamanı iştirak edən fermentlər çox az olur. Bu səbəbdən də qeyd etmək lazımdır ki, müəyyən fizioloji proseslər onlarda geri qalır, növbəti ilin yazında isə yenidən bərpa olunur.
Güləmlə sürətlə qidalanmaq və zülal maddələrinin yığılması 5-18 günlük yaşında olan arılarda udlaq vəzilərinin inkişafı və işləməsinə səbəb olur. Bu yaşda olan arılar süd verə, həmçinin də sürfəni yetişdirə bilir. Bu müddət də kəskin şəkildə dəyişilə bilər.
Yaz nəsli olan arılar, həmçinin zəif ailələrdə vəzilərin sürətlə inkişafı və işləməsi artır, yaşlı arılarda isə bir neçə günə qədər azalır. Payız nəsli arılarda udlaq vəzilərinin hormon dövrü növbəti ilin yazında olur.
Udlaq vəzilərinin fəaliyyətinin bərpası üçün iki əsas şərt lazımdır: arıların bədənində yüksək səviyyədə zülal birləşmələrinin miqdarını saxlamaq və arıların güləmdən qidalanmaq xüsusiyyətini bərpa eləmək. Bu cür arılarda vəzlər nisbətən inkişaf etmiş, konservləşmiş halda olur və onlar müəyyən şəraitdə öz fəaliyyətini bərpa edə bilər.