Arıların pətəkdə gördüyü işlər çox olur. Buna baxmayaraq, bir işi ardıcıl olaraq bir neçə arı yerinə yetirir. Məsələn, şanın bir qovuqcuğu bu cür təmizlənir: hər hansı bir işi bir arı başlayır, ondan sonra eyni işi ikincisi davam eləyir, sonra üçüncüsü və s.. Hər bir arı bir-iki saat ərzində pətəkdə bir neçə iş görür, lakin öz başladığı işi axıra kimi heç vaxt yerinə yetirmir.
Sürfənin qovuqcuqlarının möhürlənməsi, qovuqcuqların təmizlənməsi, onun balla doldurulması, qovuqcuqlardan qapağın çıxarılması və ya balla möhürlənməsi kimi işləri arılar əvvəlcədən başlayıb və işin çox bir hissəsini başqa arılar yerinə yetiribsə o halda axıra çatdırır.
Orta hesabla doğulduqdan yeddi gün sonra gənc arılar pətəklərdən uçur. Əlbəttə ki, çoxlu gənc arılar gündüz vaxtı, isti, təmiz havada saat 11:00-13:00 arası pətəklərdən çıxır və başıaşağı pətəyin uçuş bacasının yanında uçur. Bu da ananın mayalanma uçuşu və ya arıların uçuşu deməkdir.
Bu uçuş zamanı arılar öz mədələrini həzm olunmayan yeməklərin qalığından boşaldır və öz yuvalarının yeri ilə tanış olur. Uçuş ümumilikdə 20-30 dəqiqə davam edir, halbuki hər arı yalnız bir neçə dəqiqə uçur.
Arılar növbəti uçuş zamanı yavaş-yavaş uçar ki, nəinki öz pətəkləri, onun forma və rəngi, həmçinin pətəyin ətrafı və ətrafdakı əşyaları yadda saxlaya bilsin. Belə olmadıqda onlar səhvsiz və tez öz yuvalarını tapa bilməz.
Yaxşı havada arılar hər gün uçuş edir. Uğultu ilə müşahidə olunan uçan gənc arıların güclü uçuşu, əsasən bir neçə gün tutqun havadan sonra olur. Şanlar bir-birinə yaxın olarsa, çox zaman zəif ailələrin gənc arıları daha güclü qonşu arıların bərk uğultusuna gedir. Bu cür halda bir ailənin digərlərinin hesabına arzuolunmaz güclənməsi baş verir.
Arıların güclü uçuşu ailənin sağlam və böyük olmasını göstərir. İlk uçuşdan 5-10 gün sonra, bəzən də tez arılar o dərəcədə pətəklərə yaxından baxır və yerlə tanış olur ki, hətta nektar və çiçək tozunun dalınca uçmağa başlayır. Məhz bu vaxtdan uçmayan gənc arılardan fərqli olaraq nektar və çiçək tozu dalınca yığıma gedən arılar uçan arılar adlanır.
Uçmayan arıların uçan arılara keçid dövrü ətrafdakı şərait və ailənin vəziyyətindən asılı olaraq kəskin şəkildə dəyişilə bilər. Belə ki, əsas yığım zamanı arılar daha tez uçur. Eyni şey uçan arıların müəyyən itkisi zamanı da baş verir.
Uçmayan arıların uçan arılara keçid vaxtı ailənin beçəverməyə hazırlaşarkən yubana bilər. Arılar əvvəlki kimi uçuş fəaliyyətinin ilk dövründə pətəkdə işlərin yerinə yetirilməsində iştirak edir.
Arılar yaxında çiçək tozu və nektar tapmadıqda onun dalınca çox uzağa (bəzən 5-6 kilometrə kimi) uça bilər, lakin arıların gün ərzində bir neçə dəfə elədiyi məhsuldar uçuş 1-2 kilometr məsafəyə olan uçuş hesab olunur. Yığım mənbəyi nə qədər yaxın olarsa, arılar ondan daha yaxşı istifadə edər və bitkilərin tozlanması daha keyfiyyətli olar.
Arıların həyatında gündəlik müşahidə onu təsdiqləyir ki, uçan arıların yaddaşı yaxşı olur. Onlar yığım dalınca müxtəlif istiqamətlərdə uçur, lakin yuvaya yolu tapır və yığım tapılan yerə yenidən qayıda bilir.