5. Arıların fizioloji və təqvim yaşı
Arıların fizioloji və təqvim yaşı nəinki çox maraqlı, həmçinin çox vacib bir məfhumdur. Məsələ ondadır ki, yayda arı 35 günə yaxın, qışda isə 8 ay və daha çox yaşayır. Bu həm lazım, həm də maraqlıdır. Bu amil çox vacibdir: arını qışda götürsək, həyatının sonunda o, yaşlı arıdan təqvimə görə böyük, fizioloji olaraq isə cavan olur.
Arı yazda sürfəni ana südü ilə yemləyə bilər. Beləliklə, o, fizioloji cəhətdən cavandır. Qış arıları həyata necə göz açır? Bu vəziyyətə keçməyən arılardan onlar nə ilə fərqlənir? Bunun üçün onlara hansı şərait yaradılıb? Digər məsələlər ətrafında bu təlim nəticəsində söhbət açılacaq (Şəkil 5.1).
Ailədə arıların fəaliyyəti onların quruluşu və orqanlarının ardıcıl inkişafı, ailənin öz vəziyyəti və xarici səbəblərdən asılıdır: temperatur, sürfənin olmağından və s..
Tam inkişaf etmiş və çıxmağa hazır olan arı öz qovuqcuğunun qapağını deşir və oradan çıxdıqdan sonra ayaqları ilə baş, göz, bığ, qanad və başqa yerlərini təmizləyir (Şəkil 5.2).
Çox vaxt doğulduqdan 1-2 gün sonra arılar az hərəkətli olur və şanlarda oturur. Bu zaman onların orqanizmi bərkiyir. Sonra tədricən gənc arılar pətək daxili müxtəlif işlərə cəlb olunur: sürfənin yemlənməsi və istiləşdirilməsi, nektarın qəbul və emal edilməsi, şanların hörülməsi ilə məşğul olur.
Gənc arıların əsas işi isə sürfələrin istiləşdirilməsi və yemlənməsidir, bu səbəbdən də onlar yemləyici arılar adlanır. Bu yaşda gənc arılarda süd verən inkişaf etmiş vəzilər olur: arılar çox vaxt sürfə ilə olan qovuqcuqları bəsləyir və onlara yem verir.
Məlumdur ki, gənc arılar bir günə bal və güləm (Şəkil 5.3) (çiçək tozu) qarışığı ilə yaşlı arı sürfələrini, südlə isə gənc sürfə və anaları yemləyir. Eyni zamanda müəyyən olunub ki, gənc arıların pətəkdən uçmadığı həyat dövrü ərzində gördükləri işlərin ardıcıllığı eyni ailədən olan müxtəlif arılarda fərqli olur.