Nəzəri biliklərin qiymətləndirilməsi
Test 4
Sual 1. Ailədə ananın vəzifəsi nədir?
A) Arılara nəzarət etmək;
B) Yumurta qoymaq;
C) Hegemonluq etmək;
D) Ailədə qayda yaratmaq.
Sual 2. Erkək arıların vəzifəsi nədir?
A) Ananı mayalandırmaq;
B) Bal gətirmək;
C) Süd istehsal etmək;
D) Bala çıxarmaq.
Sual 3. İşçi arıların vəzifəsi nədir?
A) Bala çıxarır;
B) Erkək arıları öldürür;
C) Pətəkdəki bütün işləri görür, məhsul gətirir;
D) Düşmənləri ilə vuruşur.
Sual 4. Arıların üst örtüyü hansı rəngdədir?
A) Qırmızı;
B) Qara;
C) Yaşıl;
D) Boz.
Sual 5. Sancma tikanı arının harasında yerləşir?
A) Qarıncığın axır buğumunda;
B) Başında;
C) Xortumunda;
D) Ayağında.
Sual 6. Arılar nə ilə qidalanır?
A) Bal ilə;
B) Mum ilə;
C) Arı südü ilə;
D) Nektar, bal və çiçək tozu ilə