-
Bal arılarının hansı toplum halında yaşamasına diqqət edin.
-
Arı ailələrinin hansı fərdlərdən ibarət olması və bu fərdlər (ana, erkək arı və işçi arı)
haqqında ümumi bioloji məlumat əldə edin.
-
Arıların bədən quruluşu haqqında bilgilər əldə edin.
-
Arıların bədən quruluşu və həzm orqanları haqqında olan bilgilərinizi genişləndirin.
-
Arıların qan dövranı və tənəffüs sistemi ilə əlaqədar məlumatlara diqqət edin.
-
Arılarda ifrazat orqanlarının quruluş və maddələr mübadiləsinin sürətliliyinə diqqət edin.
-
Arıların artımı ilə əlaqədar mövcud biliklərin vacibliyini yadda saxlayın.
-
Arıların sinir sistemi və hiss orqanları barədə məlumat əldə edin.
-
İşçi arıların yaşla əlaqədar gördüyü işləri öyrənin və gələcək fəaliyyətinizdə nəzərə alın.
-
Bal arısının biologiya, anatomiya və fiziologiyasına tam yiyələnməyin gələcək arıçılıq
fəaliyyətinizdəki əhəmiyyətini yadınızda saxlayın.