Arıların qarıncıqlarının tənəffüs hərəkətləri, tənəffüs sistemində hava mübadiləsini təmin edir və sakit vəziyyətdə dəqiqədə 40 dəfə, uçuş və ya havalanma zamanı 3-4 dəfə çox olur.
4.7. İfrazat orqanları
Sürfənin zəhərli maddələri arıların orqanizmindən, əsasən qarıncıqda nazik boru halında yerləşən malpigi damarların vasitəsi ilə çıxır. Hər borucuğun dəlikləri nazik bağırsaq başlayan yerdən çıxır. Hemolimfadan zəhərli maddələr malpigi damarların divarlarından keçir və arxa bağırsağa düşür. Bundan başqa, orqanizm üçün lazımsız mübadilə maddələrinin əksəriyyəti piy cisminin ayırdığı hüceyrələrdə yığılır. Ona görə də arılar yaşlandıqda bu hüceyrələr saralır və tündləşir.
4.8. Maddələr mübadiləsinin sürətliliyi
Arılarda maddələr mübadiləsinin sürətliliyi daimi olmur, orqanizmin vəziyyəti şəraitdən asılıdır (on dəfə çox və ya az ola bilər), kəskin hədlərdə dəyişilir. Belə ki, qışda yaxşı qışlama şəraitində gün ərzində bir arının yemə olan tələbatı təxminən 1 milliqramdır. Yayda sürətli iş zamanı yemin göstərilən miqdarından arılar yalnız bir neçə dəqiqə ərzində istifadə edir.
Yaz və yayda arılar çoxlu enerji (istiləşdirmək, sürfənin yemlənməsi, yuvanın havalandırılması, həmçinin uçuşa) sərf edir.
4.9. Arıların artımı
Arılar həm bir ailənin tərkibində (yumurtalardan gənc fərdlər inkişaf edir), həm də bir neçə ailədə (beçəvermə yolu ilə) artır.
Arı ailəsinin artması ananın yumurtlama sürətindən asılıdır. Yazın sonu və yayın əvvəli yaxşı şəraitdə məhsuldar ana gün ərzində 1500-2000 və daha çox yumurta qoyur (Şəkil 4.23). Bu yalnız güclü ailədə mümkündür. Zəif ailədə ana öz imkanlarından istifadə edə bilmir.
A - bal arılarının tənəffüs sistemi;
B - tənəffüs kamerası;
C - traxeyanın bir hissəsi yüksək böyümə ilə;
D - traxeya borularının əzələ daxilində
şaxələnməsi:
1 - traxeya;
2 - baş hava kisələri;
3 - döş hava kisələri;
4 - qarın hava kisələri;
5 - traxeya dəliyi (stiqma);
6 - stiqma qapağı;
7 - qapaq əzələsi;
8 - əzələ;
9 - spiral qalınlaşmalar;
10 - epiteliya hüceyrələri.