Həzm prosesi nəticəsində alınan maddələr orta bağırsağın divarlarının hüceyrələri ilə sorulur, oradan hemolimfa, sonra isə onunla birlikdə arıların bütün toxumları və orqanlarına düşür.
4.6. Qan dövranı və arıların tənəffüsü
Arıların qanının tərkibində eritrosit olmadığı üçün qan rəngsiz olur. Qan plazma və qan cisimlərindən - hemosit və leykositlərdən ibarətdir, ona görə də hemolimfa adlanır. O, arının bütün orqanlarını yuyaraq bədənin boşluqlarını doldurur.
Hemolimfa daim hərəkətdə olmalıdır. Qanı dövr etdirən əsas orqan ürəkdir (Şəkil 4.21). Ürək arxa tərəfi kameralara bölünən borucuqlardan ibarətdir. Ön tərəfdən ürək açıqdır. Ürəyin kameralarının klapanları var, klapanlar elə istiqamətlənib ki, qan onların vasitəsi ilə arxa tərəfdən dövr edir. Qanın dövrünə arıların qarıncığında olan qanaoxşar vəzilər kömək edir.
Sakit oturan arıda ürək bir dəqiqədə 60-70 dəfə, uçuş zamanı isə iki dəfə çox döyünür.
Arı hava kisəsi sistemi, nəfəs borusu (traxeya) və nəfəs dəlikləri vasitəsi ilə nəfəs alır.
1 - 5 ürək kameraları;
6 - aorta;
D1 - kürək diafraqması;
D2 - qarın diafraqması.
Qeyd: qanın arının orqanizmində hərəkət etməsi şəkildə ox işarələri ilə göstərilmişdir.
Tənəffüs sistemi
Həşəratların tənəffüs sistemi nadirdir və oksigenlə toxumalar və bədən hüceyrələrinin tədarükünün birbaşa təmin edilməsi ilə xarakterizə olunur. Arının bütün bədəni çoxlu sayda hava kisələri ilə birləşən nazik boru (traxeya) ilə əhatə olunmuşdur ki, onun vasitəsilə oksigen bütün orqanizmə çatdırılır. Onlar traxeolalara keçir. Traxeola - arıların bütün bədənində yayılan nəfəs borusu hüceyrələri ilə birləşən nazik borucuqlardır. Tənəffüs zamanı oksigen, həmçinin oksigen qazı traxeolaların nazik divarları və nəfəs borusu hüceyrələrinin örtüyündən keçir. Hava kisələri ətraf mühitlə nəfəs dəlikləri vasitəsilə birləşir (Şəkil 4.22).