4.4. Arıların bədən quruluşu
Arıların üst qabığı onların daxili orqanlarını zədələnmədən qoruyur və əzələlərin bərkiməsinə kömək göstərir. Dərisinin qabığının rəngi qaradır, yalnız ilk qarıncıq seqmentləri bəzən sarı-narıncı rəngdə olur (Şəkil 4.5). Arının bütün bədəni açıq rəngdə tüklərlə örtülüb, ona görə də gənc fərdlər boz rəngdə olur.
Yaşlı arıların saçları tökülür, ona görə də arılar tədricən qaralır (Şəkil 4.6). Tüklərlə olan arı bədəni çiçəklərə qonarkən birindən digərinə keçdiyi vaxt çiçək tozunu bir çiçəkdən digərinə keçirir. Bu cəhətinə görə arılar “çiçək tozunu daşıyan xüsusi uçan fırçadır” desək, yanılmarıq. Bununla da arılar əsas funksiyalardan biri olan tozlamanı yerinə yetirir. Tozlama - arıların həyati zəruri işidir. Arı bədəni, əsasən üç hissədən ibarətdir (Şəkil 4.7):
1. Baş (head);
2. Döş (thorax);
3. Qarıncıq (abdomen).