4. Bal arısının biologiyası
Bal arıları ailə halında yaşayır. Onların ayrı-ayrı fərdləri təklikdə yaşayıb çoxalma qabiliyyətinə malik deyildir. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir. Buna görə də bal arıları üçün ”ailə” məfhumu bioloji təsərrüfat vahidi kimi qəbul edilmişdir. Ailədə hər fərdin özünə xas vəzifəsi vardır. Bir ailədə tək bir ana arı təxminən 2.000 erkək arı, mövsümlə bağlı olaraq 20.000-100.000 arası işçi arı olur.
4.1. Ana arı
Arı ailəsində ana arı yeganə tam inkişaf etmiş dişi arıdır.
Diqqət! Yalnız ana yumurta qoyur, yəni ailədə gələcək fərdlərin özülünü qoyur. Ana xüsusi hörülmüş qovuqcuqlarda - analıqlarda bəslənir. O, 7-8 günlük olarkən erkək arılarla görüşmək üçün mayalanma uçuşunu həyata keçirir (Şəkil 4.1).
Ana mayalanmış yumurtalar (diploid və ya dişi arılar), mayalanmamış yumurtalar (qaploid və ya erkək arılar) qoyur. Qaploid yumurtalardan yalnız erkək arı, diploid yumurtalardan isə yalnız ana və işçi arılar doğulur.
Ananın məhsuldar yumurta qoyması arıçılıq üçün böyük əhəmiyyəti vardır. Belə ailə yaxşı inkişaf etməklə çoxlu bal və başqa məhsullar verir.
4.2. Erkək arılar
Erkək arıların erkək cinsidir. Onların vahid funksiyası ananı mayalandırmaqdan ibarətdir. Arılar erkək arıları yaz və yayda çıxarır, yayın sonunda isə onları qovur və onlar ölür. Erkək arılar mayalanmamış analarla və ya anasız olan ailələrdə qışlayır. Bu amil qışa hazırlaşan ailənin uğursuzluğunun bir göstəricisidir (Şəkil 4.2).
Erkək arının başı başqa arılara nisbətən böyük olur. Yumru gövdəli, uzun qanadlı olur. Başın yan tərəfində iri gözlər yerləşir. Döşü həcmli olub inkişaf etmiş əzələlərdən ibarət olur. Bunlar da qanadların hərəkətini təmin edir.