Nəzəri biliklərin qiymətləndirilməsi
Test 3
Sual 1. Arıçılığın əsas vəzifələrindən biri hansıdır?
A) Balın yığılması və süzülməsi;
B) Arılara pətəklərdə qulluq edilməsi;
C) Beçələrə qulluq edilməsi;
D) Ailənin şanla təmin edilməsi.
Sual 2. Arıçının əsas vəzifəsi nədir?
A) Ana arı yetişdirmək;
B) Arılardan beçə almaq;
C) Arıları yemləmək;
D) Arıları bal yığımına hazırlamaq.
Sual 3. Yığım vaxtı beçəvermə ilə üst-üstə düşdükdə arıçı nə etməlidir?
A) Ailəni bölməlidir;
B) Çərçivələri azaltmalıdır;
C) Ananın fəaliyyətini məhdudlaşdırmalıdır;
D) Arıçıdan asılı deyil.
Sual 4. Qafqaz arıları üçün hansı pətəklər daha yararlıdır?
A) Bütün pətəklər;
B) Yatıq pətəklər;
C) Kiçik pətəklər;
D) İkimərtəbəli pətəklər.
Sual 5. Hansı halda ananın yumurtlamasının məhdudlaşdırılması zəruri hesab olunur?
A) Güclü yığım olanda;
B) Ana zəifləyəndə;
C) Yem az olanda;
D) Havalar isti olanda.
Sual 6. Güclü ailələrdə yığım vaxtı arılar yatıq pətəklərdə neçə çərçivənin üzərində olmalıdır?
A) 18-20;
B) 20-24;
C) 18-19;
D) 16-18.