Orta rus, Ukrayna və Karpat arı cinsləri ana arılarının fəaliyyətini məhdudlaşdıraraq yığım vaxtı nektarı yuvanın içinə yığır. Onların bu cür xüsusiyyətlərinə görə qeyd olunan arı cinsləri bal yığımından səmərəli istifadə edə bilər.
Təbii ki, arıxanalarda bal yığımına sürətlə keçən və ananın yumurtlamasını məhdudlaşdıran arılar saxlanarkən arıçı ananın yumurta qoyması istiqamətində məhdudlaşdırılan xüsusi tədbirləri həyata keçirir.
Yabanı vəziyyətdə Bozdağ Qafqaz arıları mağaralarda yaşayırdı, orada isə arıların yuvaları üfüqi istiqamətdə genişləndirmək imkanı olmurdu. Onları uzun müddət qeyri-müəyyən yatıq kötük pətəklərdə saxlayırdılar. Məhz bu səbəbdən, Bozdağ Qafqaz arıları üçün yatıq pətəklərdən istifadə etmək məsləhət olunur.
Meşə arıları meşələr, ağacların oyuqlarında yaşayır və öz yuvalarını üfüqi istiqamətdə genişləndirir (Şəkil 3.4). Meşə arılarının xüsusiyyətlərindən irəli gələrək onları çox gövdəli və ikigövdəli pətəklərdə saxlamaq daha yaxşıdır (Şəkil 3.5). Bozdağ Qafqaz arıları, ilk növbədə balı yuvanın bala bəslənən şanları üzərində balaların ətrafına, sonra isə gövdə üstlüyünə toplayır.
Sərbəst iş üçün tapşırıqlar