Bu səbəbdən də payızda arıların qışa rahat getməsi, yaza salamat çıxmasını təmin etmək əsas şərtlərdən biridir. Qeyd etmək lazımdır ki, qışa gedən arı ailəsinin şanları sıxlaşdırılır, yazda isə bal yığımına görə yenidən genişləndirilir. Arıların yuvasını vaxtında genişləndirsək, o zaman ailənin beçəvermə riski azalar.
Arılar qışlama yerlərindən çıxarıldıqdan 2,5-3 ay sonra güclü bal yığımı olan bölgələrdə (Şəkil 3.1) və Şəkil 3.2) əsas yığımın başlanğıcına kimi kifayət qədər qalır. Bu cür hallarda yazda doğulan analarla erkən beçələrin hesabına güclü ailələri formalaşdırmaq olar.
Yığımın başlanmasına bir neçə həftə qalmış yaz beçələrindən çoxlu əlavə arı ailələri yetişdirmək olar. Bal yığımını artırmaq üçün beçələrin formalaşdırılmasına yalnız o halda nail olmaq olar ki, əgər orada doğulan arılar heç olmasa, qismən yığımdan istifadə edə bilsin.
Gənc arıların 5 gün ərzində yığım üzərində işləməsi çox vacibdir, çünki onlar yığımın sonuna 8 gün qalmışdan gec olmayaraq qovuqcuqlardan çıxmalıdır (doğulmalıdır). Bu cür halda təxminən ömrünün dördüncü günündən başlayaraq gənc arılar nektar qəbul edən arılar kimi işləyəcək, bu da yaşlı arıların tarlada işləmələrini yüngülləşdirəcək.
Beləliklə, bal yığımının istifadəsi üçün cökə və ya günəbaxan vaxtı formalaşan müvəqqəti beçələrdən 2-3 nəsil arı doğulacaq ki, onlar da əsas ailələrdə yetişdirilən arılarla birlikdə bal yığımına cəlb olunacaq.
Nektar gəlişinin gur vaxtı, məsələn, cökə, akasiya, biyan və s. nektarlı bitkilərdən arılar 1520 gün ərzində özlərini həm yemlə təmin etməli, həm də çoxlu satış balı əldə etmək üçün çox güclü ailələrin bal yığımının başlanmasına kimi yetişdirməlidir.
Onları bu cür yığıma o halda hazırlaşdırmaq olar ki, onlar qışlamaya güclü arılar kimi girsin və müvəqqəti beçələrdən istifadə edərək yazda arıların sürətlə inkişafına nail olsun (bunlarsız vaxtında arı ailələrinin beçəverməsinin qarşısı alına bilməz).
Bəzi yerlərdə cökədən qısamüddətli sürətli yığımdan sonra başqa nektar verən bitkilərdən yaxşı yığım olur. Cökədən alınan yığım zamanı arılar anaların yumurtlamasını məhdudlaşdıraraq bütün boş qovuqcuqları nektarla doldurur. Ailələr cökədən bal yığarkən gərgin iş zamanı çoxlu arılar itirərək lazımi sayda gənc arılarla artmır, ona görə də başqa nektar verən bitkilərin mövsümündə yaxşı işləyə bilmir.
Hər iki yığımın o halda səmərəli istifadə edilməsi mümkündür ki, ikinci yığıma köçürülməmişdən əvvəl zəifləmiş ailələrin arılarla artırılması üçün hər ailəyə əlavə bağlı qurdlu çərçivələr verilsin.