-
Arıların yüksək rahatlıq tələblərinə cavab verməsi və arılarla işləmək üçün əlverişli olmasına
baxmayaraq, arıxana yerini seçərkən hər şeyi ölçüb-biçin.
-
Qışlamadan çıxan arıların sayının sürətlə azalmasının səbəblərini araşdırıb tapın.
-
Bu prosesin yazın hansı ayına təsadüf etdiyini öyrənin.
-
Hansı səbəbdən arıxananın heyvandarlıq fermalarından uzaq yerləşdirildiyini diqqət
mərkəzində saxlayın.
-
Arıxanada pətəklərin yerinin səviyyə etibarı ilə hamarlılığının nəyə xeyirli olduğunu öyrənin.
-
Arıxanada nəzarət ailələrinin çəkisinin yoxlanılmasının əhəmiyyətini öyrənin.
-
Ziyanvericilərlə düzgün mübarizə apara bilmək üçün arıxana, pətəklərin altının təmizliyinə
diqqət edin.
-
Yayın qızmar vaxtında arıxanada suvatın əhəmiyyətinə diqqət yetirin.