Nəzəri biliklərin qiymətləndirilməsi
Test 26
Sual 1. Bal yığımı nə deməkdir?
A) Arıların nektar toplaması;
B) Arıların yem dalınca getməsi;
C) Arıların çölə işləməsi;
D) Arıların həyat uğrunda mübarizəsi.
Sual 2. Arıçılıq üsulu nə deməkdir?
A) Arıçının arıya qulluğu;
B) Arıçılıqda tətbiq olunan kompleks tədbirlər;
C) Arıçının iş rejimi;
D) Arıçının iş yoldaşları ilə əlaqəsi.
Sual 3. Balverən bitkilərin təqvimi hər il dəyişir, yoxsa sabit qalır?
A) Sabit qalır;
B) Arıçının istədiyi kimi;
C) Dəyişib-dəyişməməyin əhəmiyyəti yoxdur;
D) Dəyişir.
Sual 4. Nektarlı bitkilərin çiçəklənməsi hava şəraitindən asılıdırmı?
A) Yağışdan asılıdır;
B) Asılı deyil;
C) Asılıdır;
D) Çox isti yaxşı deyil.
Sual 5. Çiçəkləmə təqvimi nədir?
A) Arıxana işlərinin təqvimi;
B) Nektarlı bitkilərin çiçəklənmə vaxtı;
C) Arıçının iş cədvəli;
D) Çiçəklərin tərkibini göstərən cədvəl.
Sual 6. Yığımın gücünü nəzarət pətəyinin köməyi ilə müəyyən etmək mümkündürmü?
A) Mümkündür;
B) Mümkün deyil;
C) Dəqiq mümkün deyil;
D) Bilmirəm.