Bunun üçün güclü arı ailəsi ilə olan pətəyi tərəziyə qoyur və bir gündən sonra çəkinin azaldığı, yoxsa çoxaldığını öyrənmək üçün hər gün pətəyi çəkirlər. Arıların uçuşundan sonra axşam vaxtı nəzarət pətəyini çəkir və məlumatları arıçının gündəliyində qeyd edirlər.
Məhsuldar və ya saxlayıcı yığım. Yığımın gücü üç şəraitdən asılıdır:
Bəzən yaxşı hava şəraiti və arı ailələrinin lazımi gücdə olduğuna baxmayaraq, balverən bitkilərin çiçəklənməməsi səbəbindən pətəklərdə nektar olmur.
Bu dövr yığımsız adlanır, bu, nəzarət pətəyinin çəkisinin azalması və arıların oğurluğa meylli olduğundan bilinir. Əgər müəyyən ərazidə nektarlı bitkilərin heç birinin çiçəklənmədiyi dövrü olarsa, bu yığımsız müddət müəyyən vaxt dəyişiklikləri ilə hər il təkrarlanacaq.
Arıçı öz ərazisinin yığımsız vaxtını müəyyən etməli, onu doldurmaq üçün təsərrüfatlarda balverən bitkilərin əkinini təşkil etməli və ya arıxananı nektarlı bitkilərlə zəngin olan başqa yerlərə köçürməlidir.
Bəzən əlverişsiz hava şəraiti səbəbindən hətta kifayət qədər çiçək açan, balverən bitkiləri olduğu halda yığım olmur. Bal yığımında bu cür aralar daimi xarakter daşıyır və müxtəlif vaxtlarda ola bilər, lakin uzunmüddətli müşahidələrə əsasən bal yığımı üçün əlverişsiz hava şəraiti mövsümün hansı vaxtında olduğu, həmçinin də müəyyən bitkilərdən yaxşı yığım almaq imkanının nə qədər çox olduğunu dəqiqləşdirmək olar.
Bəzən balverən bitkilər çiçək açarkən hətta yaxşı havada belə ailələrin gətirdiyi nektar yalnız arılar və sürfələrin yemlənməsinə çatır, süzülmək üçün isə bal lazımi ölçüdə pətəkdə yığılmır.
Bu cür yığım saxlayıcı yığım adlanır. Zəif nektarlı bitkilər çiçək açarkən və ya az sayda olan güclü nektarlı bitkilər çiçəkləyərkən ona rast gəlmək olar.
Saxlayıcı yığım satış balının yığılmasına imkan vermir, lakin arıçılıq üçün mühüm əhəmiyyət kəsb edir. Hətta az sayda nektarın olması ananın qoyduğu yumurtalar, yetişdirilən sürfələrə təsir edir, arıları yeni şanların hörülməsinə təhrik edir və arıxananı arı oğurluqlarından azad edir.
Əgər nəzarət pətəyinin çəkisi dəyişilmirsə, bu o deməkdir ki, ailənin bir gündən bir istifadə etdiyi 0,4 qram yemi arılar bir günə gətirir. Bəzən saxlayıcı yem elə olur ki, pətəkdə bir az bal qalır, amma yaxın günlərdə tədricən bu baldan istifadə olunacaq.
Yığımın növünü müəyyən edərkən səhv etmək olar. Bəzən hətta güclü nektarlı bitkilər yaxşı çiçək açdıqda və əlverişli hava olduqda belə ailələrin zəif olması və arıların yenicə böyümələri səbəbindən arılar az nektar gətirir. İş pis təşkil olunduqda yığım saxlayıcı ola bilər.
Əgər balverən bitkilərin çiçəklənməsi zamanı pətəklərdə bal balsüzəndən keçirilmək üçün lazımi miqdarda qalarsa, bu cür balın yığılması məhsuldar yığım adlanır. Bəzən mövsüm boyu ərzində 2-3 dəfə məhsuldar yığım alınır, onlardan ən güclüsü (adətən yayda) əsas yığım adlanır.
Elə yerlər var ki, məhsuldar yığım bir neçə dəfə təkrarlanır, həmçinin elə yerlər də olur ki, məhsuldar yığım bir dəfə olur, bu da əsas yığım hesab olunur.