Nəzarət pətəyinin çəkisi dəyişilməz qalarsa, bu o deməkdir ki, yığılan bal yalnız ailənin ehtiyatlarını ödəməyə kifayət edir.
Arıxana yollarına balverən və müalicəvi bitkilər əkin: sürvə, əspərək və s. (Şəkil 2.5 və Şəkil 2.6).
Arıxananın küncünün bir tərəfində qışlama yerini tikin və ya istifadəyə verin, digər tərəfində isə işçi otaq tikin.
Arıxana ərazisini mütəmadi olaraq təmizləyin.
Pətəklərin altında olan yerləri təmizləyin. Ora təmiz olmalıdır ki, müxtəlif ziyanvericilər əmələ gəlməsin.