-
Yem bazası və entomofil bitkilərin
tozlanmasının ümumi müddəaları
|
-
Nektarlı və çiçək tozu gətirən bitkilərin
arıçılığın inkişafı və məhsuldarlığının
artırılmasındakı rolunu öyrənin.
-
Cəmiyyətin arı məhsullarına olan tələbatının
ödənilməsində bal yığımı və arılara qulluğun
əhəmiyyətini diqqət mərkəzində saxlayın.
-
Arıçının əsas vəzifəsinin arı ailələri ilə
birlikdə yem bazasından tam istifadə
etməkdən ibarət olmasını diqqətinizdə
saxlayın.
|
-
Yığım növlərinin öyrənilməsi
|
-
Yığım növlərini müəyyənləşdirmək üçün
nektarlı və çiçək tozu gətirən bitkilərin
çiçəklənmə müddətini hesablayın və güclü arı
ailəsini çəkərək yığımın həcmini müəyyən
edin.
-
Yığımın neçə növü olmasını öyrənin və gün
ərzində hər yığım üzrə neçə kiloqram balın
yığılmasına diqqət edin.
- Bu statistikanın 3 il ərzində bir neçə
arıxananın yığım gücü haqqında
məlumatların toplanması nəticəsində
müəyyənləşdiyinə diqqət edin.
- Yalnız nektarlı bitkilərin olduğu həmin
ərazilərdə əsaslı dəyişikliklərin baş verdiyi
təqdirdə yığımın miqdarının dəyişə biləcəyini
diqqətinizdə saxlayın.
|
-
Kənd təsərrüfatı bitkilərinin arılarla
tozlanması
|
-
Kənd təsərrüfatı entomofil bitkilərinin neçə
qrupa bölündüyü və hər növün spesifik
xüsusiyyətlərini öyrənin.
- Həmin entomofil bitkilərdən hansıların
yaşadığınız ərazidə olmasına diqqət edin.
- Meyvə ağacları və giləmeyvə kollarının
tozlanması ilə əlaqədar məsələləri
diqqətinizdə saxlayın.
- Yem bitkiləri (2-ci qrup) - qarayonca və
qırmızı yoncanın nektar vermə
|