25.3. Tarla bitkilərinin tozlanması
İri yerlərdə nektarlı bitkilər olan sahələrin hər tərəfində bir neçə arıxana yerləşdirin.
Arıların həvəssiz qonduğu qarayonca və qırmızı yoncanın tozlanmasına xüsusi diqqət yetirin. Arıların həvəssiz qonduğu yonca toxumlarından yüksək məhsuldarlıq almaq üçün onu ikinci dəfə əkirlər ki, bitkilər daha çox nektar versin və arılar üzərinə yaxşı qonsun.
Qarayoncanı sulanan yerlərdə əkmək lazımdır ki, çox nektar ayırsın. Onun tozlanması üçün 1 hektar əkinə 4-8 ailə lazımdır.
25.4. Xiyar və bostan bitkilərinin tozlanması
Bu bitkilər az miqdarda nektar ayırdığı üçün arılar onların üzərinə həvəssiz qonur. Bu səbəbdən də iri yerlərdən yüksək məhsuldarlıq əldə etmək üçün onlar yaxşı tozlandırılmalıdır. Bu bitkilərin tozlanması üçün 1 hektar əraziyə 0,5-1 ailə gətirin. Bütün ərazini əhatə etmək üçün pətəkləri bərabər yerləşdirmək lazımdır.
25.5. Qapalı torpaqda xiyar bitkisinin tozlanması
Xiyarlarda ilk çiçəklər əmələ gələn kimi pətəkləri istixanaya salın və arıları elə yerləşdirin ki, onlar otağın mərkəzinə uça bilsin.
Martın sonunda havalar istiləşdikdə, istixanada isə günəşli günlərdə hava daha da isti olanda pətəyi çıxardın və onu elə qoyun ki, arılar istixanaya bir bacadan keçsin, o biri bacadan isə çıxsın. İstixanada zəhərli kimyəvi maddələrdən istifadə olunarkən arıların yuvalara keçdiyi yarığı bağlayın və bacanı çöl tərəfə açın.
Xiyarların tozlanmasına 12 saatdan 15 saata
kimi vaxt sərf olunur (Şəkil 25.2).
1000 kvadrat metr ərazisi olan istixanaya bir ailə
yerləşdirin. Bacaları şərq tərəfə olan pətəkləri qərb
istiqamətində yerləşdirin. İstixanada Karpat cinsli
arılar yerli arılardan yaxşı olur.