Bəzi bitkilərdə çiçək tozu külək (anemofil 253 bitkilər), başqalarında su (hidrofil bitkilər), üçüncülərində isə cücülərlə (entomofil bitkilər) daşınır. Anemofil bitkilər 20 faizə yaxın, hidrofil bitkilər 0,5 faizdən az, entomofil bitkilər isə 80 faizə yaxındır.
Bir çox bitkilərdə çiçəklərin quruluşu öz-özünə tozlanmanın qarşısını alır və ya azaldır. Onlara iki sülaləli bitki (bədmüşk, çətənənin ayrı-ayrı növləri) aiddir, bəzilərinin çiçəklərində dişicik var, digərlərində isə erkəkcik olur. Bu cür bitkilərdə çiçək tozu külək (çətənə), cücülər və ilk növbədə arılarla (bədmüşk) daşınır.
Yüksək nektarlı bitkilərin iki çiçəyindən arı 1 milliqram nektar yığır. Bal çinədanını doldurmaq üçün arı orta hesabla 100-120 çiçəyin üzərinə qonur. Arı bir qədər sayrım yığmaq üçün 100 çiçəyin üzərinə qonur.
Uçuş zamanı çoxlu çiçəklərə qonan və gün ərzində bir neçə dəfə uçuşu təkrarlayan arılar bitkilərin çiçəklənməsi üçün mühüm işlər görür.
Arı ailələrini hazırlayın, eyni zamanda yaz və yayın müxtəlif vaxtlarında çiçək açan kənd təsərrüfatı bitkilərinin çiçəklənməsi üçün arıları yem yerlərinə aparın.
25.2. Meyvə ağacları və giləmeyvələrin tozlanması
Meyvə ağacları və giləmeyvələr tozlanarkən pətəkləri kiçik qruplara bölün (Şəkil 25.1): 500 metr biri-birindən ayrı məsafəyə 25-30 arı ailəsini yerləşdirin.
Bağçalara nisbətən az ərazisi olan giləmeyvələrin lazımi tozlanması üçün ailə qrupu və ya arıxana yerini giləmeyvələrin yanı və ya onların mərkəzində yerləşdirin.
Arıların bağça və giləmeyvələri tozlandırması çox effektiv bir üsuldur. Meyvə və giləmeyvənin məhsuldarlığı 25 faizdən az olmayaraq artır. Bağçaların tozlanması üçün çox vaxt arıları yaxın məsafəyə köçürmək lazım gəlir.
Arıların köhnə yerlərinə qayıtmasının qarşısını almaq məqsədi ilə pətəkdən çıxmaq üçün süni maneələr yaradın. Bunun üçün uçuş bacalarını ot və ya saman dəsti ilə örtün və ya digər maneələr yaradın, məsələn, balaca yeşiklər qoyun. Maneələri keçərək arılar bələdləmə uçuşu edir, həmçinin ora qayıtmaq üçün pətəyin köçürüldüyü yeri yadda saxlamağa çalışır.
Meyvə ağacları və giləmeyvələrin çiçəklənməsinin əvvəlində arıları çıxardın. Bağçaların meyvə ağacları çiçək açmamışdan əvvəl zəhərli maddələrlə təmizlənilir, bu isə arıların vaxtından əvvəl bağçalara çıxarıldığı vaxt onların zəhərlənməsinə səbəb ola bilər.
Arıxananı bağçalarda çox saxlamayın, çünki ağaclar çiçəkləndikdən sonra yenidən zəhərli kimyəvi maddələrlə təmizlənə bilər.
Məhsuldar illərdə və meyvə əkinlərinin sahəsi kifayət qədər olarsa, meyvə ağaclarından ümumi bal yığımı hər arı ailəsinə 8-10 kiloqram təşkil edə bilər. Çiyələyin tozlanmasına da müəyyən yolla nail olmaq olar, çünki arılar ondan müəyyən miqdarda çiçək tozu yığır. 1 hektar çiyələyin ərazisinə normada 2-3 arı ailəsi düşür.