Nəzəri biliklərin qiymətləndirilməsi
Test 24
Sual 1. Arını nəyə görə köçürmək lazımdır?
A) Yığıma görə;
B) Balalamaya görə;
C) Təmiz havaya görə;
D) Sağlamlığa görə.
Sual 2. Yazda arıları hara köçürmək daha məsləhətlidir?
A) Bostana;
B) Meşəyə;
C) Dağa;
D) Çəmənliyə.
Sual 3. Meşəyə köçürmənin məqsədi nədir?
A) Nektar verən bitkilərin çoxluğu;
B) Güləm;
C) Yaxşı yaşıllıq;
D) Arıların inkişafı.
Sual 4. Köçürməni kim ilə razılaşdırmaq lazımdır?
A) Baytar həkimlə;
B) Sürücü ilə;
C) Təsərrüfat sahibi ilə;
D) Ətrafdakı insanlarla.
Sual 5. Köçürmə zamanı baytar şəhadətnaməsi lazımdırmı?
A) Lazım deyil;
B) Arılar xəstə olanda lazım olur;
C) Əhəmiyyətsiz bir şeydir;
D) Lazımdır.
Sual 6. Köç üçün hansı nəqliyyat növü rahatdır?
A) Avtomobil;
B) Dəmir yolu;
C) Gəmi;
D) Təyyarə.