Bal yığımına köçməyən oturaq arıxanalar üçün çiçək açan balverən bitkilərin konveyerindən istifadə edilir.
Arıxananın özündə ağaclar hündür olmamalıdır, yaxşı olardı ki, dekorativ ağaclar olsun, məsələn, şahmat ardıcıllığında sıx çətirləri ilə olan cökə ağacları bir-birindən 5-7 metr məsafədə yerləşdirilsin. Məhz onların altında gövdələrin sağ tərəfindən arı pətəkləri yerləşdirilir.
Arıxana yerinin hazırlanması
Arıxana yerinin hazırlanmasına təmizlik işlərindən başlayırlar. Sonra isə pətəkləri qoymaq üçün payacıqlar basdırılır və ya pətək altlıqları qoyulur.
Səviyyəölçəndən istifadə edərkən payacıq və ya dayaqcıqları bərabərləşdirin. Bu, şanların düzgün hörülməsi və pətəkdə yerləşdirilməsi üçün lazımdır. Bərkidilmiş payacıqlara əlavə altlıq qoyun və üzərində səth çəkin ki, cihazın müxtəlif tərəflərə fırladılması ilə alt səviyyəsinin düzlənməsi üçün hansı payacığın bərkidilməsinin lazım olduğunu müəyyən edə biləsiniz.
Arıxana yerində olan ağac və kolları kəsin və ya doğrayın ki, onlar 2-2,5 metrdən az olmayan hündürlüyə çata bilsin və arıların uçuşuna heç bir maneçilik törətməsin. Bu əşyalar, həmçinin arıların yaxşı istiqamətləndiriciləri olacaq.
Arıxana yerini 2-3 metr hündürlükdən olan çəpərlə hasara alın (çör-çöpdən də ola bilər). Onun yanında bir neçə cərgə tezyetişən nektarlı bitkilər əkin.
Su üçün suvatı külək olmayan yerdə yerləşdirin. Bu əsasən soyuq küləkli havada arıların su dalınca təbii göllərə gedərkən səbəbsiz ölümünün qarşısını alır (Şəkil 2.2). Eyni zamanda,yayın qızmar çağında arıların suya olan tələbatını təmin edir.
Arıxana yeri hazırlanarkən günəş muməridəni (Şəkil 2.3) üçün də yer hazırlanmalıdır. Günəş muməridəni hər tərəfdən günəş şüalarının düşdüyü yerdə olmalıdır.
Arıxanada nəzarət pətəyi üçün yer ayırın (Şəkil 2.4).
Hər axşam arıların uçuşundan sonra nəzarət ailələrinin çəkilərini yoxlayın. Nəzarət pətəklərinin çəkisinin azalması təbiətdə nektarın olmaması, həmçinin pətəkdə olan ehtiyat balın arıların sərf etdiyini təsdiq edir. Əksinə, pətəyin çəkisinin artması isə yem ehtiyaclarının ödənilməsinə kifayət edən yığımın olmasını təsdiqləyəcək, həmçinin bal ehtiyatının qalmasına imkan verəcək.