-
Arıxananın köçürülməsi ilə bağlı ümumi müddəalar
|
-
Köçürmənin bal yığımındakı iqtisadi səmərəsi - yüksək gəlir gətirməsi, arı ailələrinin
vəziyyəti və inkişafına müsbət təsir göstərməsini öyrənin.
-
Arıxananın bal yığımına hara və nə vaxt köçürülməsinin əvvəlcədən planlaşdırılması və
buna necə hazırlaşmağı öyrənin və yoldaşlarınızla məsləhətləşin.
-
Köçürmənin beçəvermə və ailənin gücünün artırılması üçün əhəmiyyətini diqqət mərkəzində
saxlayın.
-
Yazda arıları meşəyə köçürməyin daha önəmli olmasına diqqət edin.
-
Meşəyə köçürülmənin həm də mum istehsalının artırılmasına xeyirli olmasını diqqətinizdə
saxlayın.
- Meşə massivindən sonra arıların çöl bölgələrinə köçürülməsinin əhəmiyyətini öyrənin.
-
Unutmaq olmaz ki, köçürmə zamanı buraxılan hər bir səhv iqtisadi ziyanla nəticələnə
bilər.
|