24.2. Arı ailələrinin köçürülməyə hazırlığı
Köçürmə zamanı arı ailələrinin tələfatının qarşısını almaq məqsədi ilə onları yaxşı hazırlaşdırmaq lazımdır, bu əsasən arı ailələrinin isti havada köçürülmə hallarına aiddir.
Arı ailələrini köçürməyə hazırlaşdırarkən aşağıdakı şərtlərə riayət olunmalıdır:
24.3. Çərçivənin möhkəmləndirilməsi
Çərçivələri möhkəmləndirməmişdən əvvəl köçürmə zamanı balla dolu olan şanları yuvalardan çıxardın. Açıq rəngli şanlarla olan çərçivələr, əsasən möhkəm olmur. Çıxarılmış şanların yerinə boş şanlı çərçivələr qoyun (Şəkil 24.2). Arıxanada boş şanlar çatışmırsa, balı süzün və ailəyə boş şanları qaytarın.
Məlumdur ki, arılar, ilk növbədə nektarı yuvanın daxilində yuxarı gövdələrə yerləşdirir. Məhz bu səbəbdən yığımdan əvvəl aşağı gövdədən yuxarı gövdəyə möhürlənmiş sürfə və ən yaxşı şanlı çərçivələri köçürün, yuxarı gövdələrdən aşağı gövdələrə isə açıq sürfə ilə olan çərçivələri köçürün.
Pətəkdə çərçivələr müxtəlif üsullarla bərkidilir. Köçəri arıçılıq olan bölgələr və daimi çərçivə ayıranlarla olan pətəklərdə arılar saxlanılan təsərrüfatlar, pətəklərdə çərçivələrin bərkidilməsinə bir o qədər də ehtiyac olmur, sadəcə gövdələrə onların tam komplektini qoymaq kifayətdir.
Bu cür çərçivələri olan pətəklər köçürməyə hazırdır. Əgər çərçivələr daimi ayırıcısızdırsa, onda onların arasına uzunluğu 100 millimetr və yarığı 12 x 15 kvadrat millimetr olan taxta dirəkləri müvəqqəti ayırıcı kimi qoyun.
Ayırıcıların çərçivələrin arasına düşməməsi üçün çərçivənin yuxarı hissəsini küncdən 10 millimetr saxlanmaqla mıxlayın və ya üzərinə uzunluğu 25-30 millimetr olan nazik lövhə vurun.
Ayırıcılar quraşdırıldıqdan sonra iskənənin köməyi ilə çərçivəni çıxardın və axırıncı çərçivə ilə gövdənin divarı arasına paz salın. Arı ailəsi tam yuvanı tutmasa, yuvanın küncündən olan boş sahəni şanla olan çərçivələr və hətta boş çərçivələrlə doldurun, ondan sonra isə bərkidin.
24.4. Ventilyasiyanın təmin olunması
Arı ailələrinin müvəffəqiyyətlə köçürülməsinin özülü sayılan kifayət qədər havalandırmanı təmin etmək lazımdır. Nəqletmə zamanı havalandırma kifayət qədər olmazsa, arılar narahat olacaq, yuvada temperatur yüksələcək, bu isə şanların sınması və məhvi, həmçinin də sürfə və arıların ölümünə səbəb ola bilər.