Meşə nektarlı və çiçək tozu gətirən bitkilərin çiçəklənməsindən sonra balverən bitkilərin əkin sahəsi olan meşə bölgələri və ya tarlaya arı ailələrini bal yığımı və ya kənd təsərrüfatı bitkilərinin tozlanması üçün köçürdün.
Yığım və müxtəlif çiçək massivli kənd təsərrüfatı bitkilərinin tozlanmasından yaxşı istifadə etmək üçün arıxananı çöl bölgələrinə köçürdün.
Əsas balverən bitkilərin çiçəklənməsindən sonra müxtəlif bitkilərdən payız yığımı almaq üçün arıları köçürdün. Bunun üçün arıçı yaşadığı ərazinin florasına yaxşı bələd olmalıdır.
Arıların gecyetişən nektarlı bitkilərə köçürülməsi qışlamaya yəni 8 aya kimi yaşayan gənc arıların qışda yetişdirilməsinə imkan verir, həmçinin yaz inkişafı üçün arı ailələrini güləm ehtiyatı ilə təmin etmək və qışa yığılan bal ehtiyatlarının saxlanılmasına köməklik göstərir.
Meşədə yaxşı yığımı moruq, cır xurma, cökə, müxtəlif otlar, çöllükdə isə ağ yonca, çəmənlikdə yetişən müxtəlif otluq və əkilən nektarlı bitkilərdən: xaşa, günəbaxan, xəşəmbüldən almaq olar.
24.1. Arıların köçürülməsinin təşkili və texnikası
Birinci dəfə arıxananın köçürülməsini təşkil edən arıçı, ilk növbədə yaşadığı bölgə və vilayətin bal yığımı şəraiti ilə tanış olmalıdır. Arıçı əsas yabanı və kənd təsərrüfatı nektarlı bitkilərinin növünün tərkibi, onların yayılması və çiçəklənmə dövrünü bilməlidir.
Köçürmə yaşadığınız yaşayış yeri, bölgə və vilayətin ərazisi, həmçinin digər bölgə və vilayətlərdə də mümkündür. Arıları bal yığımına köçürərkən aqronomla arıçı və ya təsərrüfat sahibi köçürmə planını elə hazırlamalıdır ki, nektarlı bitkilərdən yaxşı istifadə edə bilsin və kənd təsərrüfatı bitkilərini tozlaya bilsin. Arıların qeyri-mütəşəkkil şəkildə çıxarılması ona gətirib çıxara bilər ki, bal yığımı şəraiti olan yerlərdə arı ailəsi daha çox, artıqlaması ilə olacaq, digər yerlərdə isə nektar ehtiyatlarından istifadə etmək və kənd təsərrüfatı bitkilərinin tozlanması üçün arılar çatışmayacaq.
Müəyyən əraziyə köçürməni əvvəlcədən müəyyənləşdirərək arıxananı yerləşdirərkən meşəbəyi və təsərrüfat sahibinin razılığını almaq lazımdır.
Razılıq alındıqdan sonra arıçı yeri müəyyənləşdirmək üçün gələcək köçürmə yerinə gedir. Yerin bal yığımı imkanları, keçid yollarının vəziyyəti, içməli su mənbələrinin olması, tarlaya köçürülərkən isə günəş və küləkdən arılarla olan pətəklərin gələcəkdə qorunması üçün tarlaqoruyucu meşə əkinlərinin olması nəzərə alınmalıdır.
Köçürülən arıxanaya dair baytarlıq şəhadətnaməsi alınmalıdır.
Yeni yerdə arıxananı balverən bitki massivlərinin yanında və qonşu arıxanalardan 2-3 kilometr məsafədən az olmayaraq yerləşdirmək lazımdır. Arıxananı “uçuş” yeri, yəni əvvəlki arıxanaların yerləşdiyi arıların uçuş yolunda qoymayın, çünki uzaq arıxanaların arıları nektarla qayıdarkən hava qəfildən pisləşsə, onlar özgə arıxanalarda qala bilər. Gözlənilmədən yığım qurtararsa, uzaq arıxanaların arıları onların uçuş yolunda olan, əsasən də nektarın kəskin qoxusu olduğu təqdirdə arı ailələrindən “oğurluq edəcək”.
Arı ailələrini təsərrüfat daxili və bir neçə yüz kilometrə köçürərkən yük maşınlarından istifadə edin. Bu nəqliyyat növü sadə və əlverişlidir. Ayrı-ayrı hallarda su nəqliyyatı və ya vertolyotdan istifadə edirlər.