Nəzəri biliklərin qiymətləndirilməsi
Test 23
Sual 1. Nəyə görə pətəklərin təmizlənmə işi gecikdirilmədən aparılmalıdır?
A) Xəstəliklərin yayılmasına görə;
B) Arıların normal işləməsinə görə;
C) Ananın yumurtlamasına görə;
D) Beçəverməyə görə.
Sual 2. Nəyə görə yabanı vəziyyətdə arıların yuvalarının təmizlənməsinə ehtiyac olmurdu?
A) Ora zibillənmirdi;
B) Arılar oyuğun aşağı hissəsinə girmirdi;
C) İnsan ora girə bilmirdi;
D) Onda arılar xəstələnmirdi.
Sual 3. Çıxarılan altlığı olan pətəklərdə təmizləmə işi necə aparılmalıdır?
A) Üstündə;
B) Altlığı çıxarılaraq;
C) Çərçivələri çıxarılaraq;
D) Arıları pətəkdən çıxarılaraq.
Sual 4. Yatıq pətəklərdə təmizləmə işi necə aparılmalıdır?
A) Süpürülməklə;
B) Altlıq qaşınmaqla;
C) Yuvanın sökülməsi yarımçıq olmalıdır;
D) Arıçının istədiyi kimi.
Sual 5. Təmizləmə işinin neçə müddətdən sonra keçirilməsi məsləhətdir?
A) 8-9 gündən bir;
B) 1,5 həftədən bir;
C) 2 həftədən bir;
D) 1 həftədən bir.