2. Arıxana yerinin hazırlanması
2.1. Arıxana yeri
Arıxana yeri arılar olan pətəyin olduğu yerdir. Yerin seçilməsi arıçılıqda böyük rol oynayır. Belə ki, arıxanalar bal verən bitkilərə yaxın olan sahələrin yaxınlığında yerləşdirilməlidir. O, arıların mümkün qədər yüksək rahatlıq tələblərinə cavab verməli və arılarla işləmək üçün əlverişli olmalıdır (Şəkil 2.1).
Arıların yaz qulluğu onların artması və bal yığımının hazırlığına istiqamətlənib. Yazda qışlama yerində arıların vaxtından çox saxlanılması ishal və ölü arıların artmasına səbəb olur.
Arı ailələrinin zəifləməməsi və yaxşı inkişaf etmələri, ilk növbədə arıxana üçün yararlı bir yer seçilir və lazımi qaydada təchiz olunur. Arıları vaxtı-vaxtında qışlamadan çıxartmaq və yaxşı hazırlanmış pətəklərdə saxlamaq, arı yuvasında isə gənc arıların sürətlə inkişafı üçün hər cür şərait yaratmaq lazımdır.
Yayda arılar çox yaşamır, çünki çox işləyir və tez zəifləyir. Arıların zəifləməsi və qocalmasının əsas göstəricisi sürfələrin ana südü ilə yemlənməsidir. Arıya nə qədər çox sürfə yetişdirmək düşürsə, arı bir o qədər tez qocalır və bir o qədər tez həyatını qısaldan zülal çatışmazlığına səbəb olur. Bu səbəbdən də qışlamış arılar qışlamadan çıxdıqdan sonra tez ölür, çünki yaxşı qışlama şəraitində belə arılar tez taqətdən düşür. Ona görə də yazda ailədə arıların sayı tez azalır.
Əgər yaz mülayim və isti keçirsə, arıxana rahat yerdə yerləşir, onun yaxınlığında isə nektar və çiçək tozcuqlu bitkilər yetişirsə, qışlamış arıların ölümünə az rast gəlmək olar, çünki bu zaman onlar çox yaşayır və cavan arılar ölən arılara nisbətən üstünlük təşkil edir. Arıxana açıq yerdə yerləşir, ətrafda isə nektar və çiçək tozcuqlu bitkilər yetişmirsə, onda qışlamış arılar tez ölür, əsasən də yağışlı havada ailələr zəifləyir. Arıxana ətrafında canlı çəpər olmalıdır. Lakin digər arıxana, yol və heyvandarlıq fermalarından lazımi məsafə nəzərə alınmalıdır. Arıxanaları yollara yaxın yerlərdə yerləşdirmək məsləhət olunmur, çünki onlar arıların işləmələrinə mane olur, həmçinin arılar nəqliyyata dəyərək ölə bilər.
Arıxana erkən çiçəkləyən bitki və kollarla əhatə olunmalıdır ki, arılar uyğun hava şəraitində işləyə bilsin. Onların inkişafı üçün lazım olan çiçək tozu və nektar toplaya bilsin.