Pətəyi təmizləyin, dezinfeksiya edin və onunla da əvvəlki qaydada olduğu kimi lazımi işlər görün.
Pətəyin təmiri lazımdırsa, onu dərhal etmək məsləhətlidir.
Əgər az təmizləmə işləri görmək lazımdır, pətəklər saz vəziyyətdədir, yoluxucu xəstəliklər yoxdur, qışlama da yaxşı keçibsə, ailələri köçürtmədən pətəkləri təmizləmək olar.
Köçürtmədən pətəkləri təmizləmək üçün oradan istiləşdirici qapaq, tavan taxtalarını çıxartmaq, pətəyin boş hissəsini təmizləmək, pətəyin təmizlənmiş hissəsinə şanları çəkmək və ya yerlərini dəyişmək, həmçinin də pətəyin çirkli yerini təmizləmək lazımdır. Əlbəttə, yaxşı olardı ki, bu cür təmizləmə işləri həftədə bir dəfə aparılsın. Bəzi ailələrdə təkrar təmizləmələr vacib olmaya da bilər. Hər ailə fərqli cür öz yuvasını saxlayır. Elə ailələr olur ki, yaz təmizləməsindən sonra onların növbəti təmizləmə işlərinə ehtiyacı olmur, lakin onları nəzarətdə saxlamaq lazımdır.
Sərbəst iş üçün tapşırıqlar