Şəkil 23.2. Pətəyin lehim lampa ilə yandırılması
Arıxanalarda bir neçə yüz ailə olsa, xüsusi işçi qrupu yaradın. Onun tərkibinə arıçı, onun köməkçisi və müvəqqəti işçiləri daxildir.
Hər arıxana təsərrüfatında davamlı iş üçün ən azı 10 əlavə pətək, altlıq və arıçı arabası olmalıdır, arabanın üzərində isə ölü arılar üçün nəzərdə tutulan yeşik quraşdırılıb, həmçinin də təsərrüfatda dezinfeksiyaedici dərman qabı (və ya lehim lampası) olmalıdır.
İşçi qrupunun bu cür yerləşdirilməsi mümkündür: iki nəfər pətəklərin yanında işləyir, çirkli altlıqları yeniləri ilə əvəz edir; bir işçi həmişə pətəklərdən çirkli altlıqları təmizləmə yerinə aparır, qayıdarkən isə təmiz altlıqları hələ yeri təmizlənməmiş pətəklərin yanına qoyur, iki işçi isə yalnız altlıqların təmizlənməsi və onun dezinfeksiyası ilə məşğul olur. Altlıq daşıyan keçidlərin qısaldılması üçün arabanı yavaş-yavaş iş gedən pətəyə (üzərində təmizləmə gedən) yaxınlaşdırmaq lazımdır. Müəyyən şəraitdən asılı olaraq işçiləri səmərəli yerləşdirmək lazımdır, prosesi elə tənzimləmək lazımdır ki, onun bütün mərhələsində (altlıqların əvəzlənməsi, onların çatdırılması və təmizlənməsi) iş eyni vaxtda fasiləsiz getsin və işçilər yaxşı işləsinlər.
Əgər altlıqlar çıxarılan deyilsə, bu işi yaz yoxlanışı ilə birlikdə keçirmək münasibdir.
Bir çox ailələrdə arılar başlanan təmizləmə işlərini özləri sonradan davam eləyir, lakin bəzi ailələrdə pətəklərdə zibil yığılaraq qalır. Altlıqda zibilin olmaması qarşıya məqsəd kimi qoyulmalıdır. Xüsusi xoşagəlməz zibil isə mum qırıntılarıdır: onların yığılması mum güvəsinin tırtıllarının əmələ gəlməsinə səbəb olur. Bu hal çox ziyanvericidir. Zibildə böyük və kiçik güvədən başqa, ziyanverən böcəklər də özlərinə rahat şərait tapır, həmçinin orada sonradan arıları narahat edəcək qarışqalar da yaşaya bilər.
Əlbəttə yaxşı olardı ki, təmizləmə işləri davamlı olsun və ya tez-tez, lakin bir həftədən gec olmayaraq aparılsın. Zəif ailələrdə mum güvəsinin inkişafı çox təhlükəlidir. Bilmək lazımdır ki, pətəkdə artıq şanlar olmamalıdır, çünki mum güvələri onlara həvəslə hücum edir. Eyni zamanda mum güvəsi nəinki boş şanlar olan, həmçinin qismən arılarla da olan zəif ailələrdə yaxşı inkişaf edir.
Bəzi xüsusiyyətləri nəzərə alaraq yatıq pətəklərdə qışlamadan sonra təmizləmə işini yerinə yetirmək lazımdır. Bu pətəklərdə altlıq çox vaxtı pətəyin divarlarına yaxşı bərkidilir, ona görə də yuvanın sökülməsi mütləq tam və yarımçıq olmalıdır.
Yatıq pətəkdən əvvəl digər yatıq pətəyi qaldırın - təmiz, yoluxmamış olanını açın. Ora şanlarla olan arıları qoyun. Onu boş pətəyin yerinə qoyun. Boş pətəkdən çıxan arıları yeni köçürülmüş pətəyə süpürün.