23. Qışlamadan sonra pətəklərin təmizlənməsi
Qışlamadan sonra pətəklərin təmizlənməsi çox məsuliyyətli işdir. Təmizləmə pətəkdə yaşayan arı ailələrində sanitar-gigiyena şəraitinin qorunub saxlanması üçün lazımdır. Bundan başqa, təmizləmənin profilaktik və sağlamlaşdırıcı əhəmiyyəti var. Məlumdur ki, yabanı vəziyyətdə arılar ağacın oyuğunda yaşayırdı. Əksər hallarda ağacda olan boşluq çox hündürdə yerləşir və ailə oyuğun yuxarı hissəsində yaşayırdı. Arıların atdığı hər bir şey altlığı əvəz edən oyuğun aşağı hissəsində yerləşən çürük nəm yerə düşürdü. Hər şey çürüyür və infeksiya mənbəyi olan mikroorqanizmlər orada ölürdü, çünki onlar çürümə mikrobları ilə mübarizə apara bilmirdi. Sağlamlaşdırma bu cür aparılırdı. Zəruri hesab olunan odur ki, arılar oyuğun bu hissəsinə girmirdi, çünki ora soyuq və qaranlıq idi: yuvanın bu hissəsi arıları cəlb etmirdi.
Qeyd etmək lazımdır ki, arı ailələrinin sağlamlığı üçün pətəyin altlığının təmizlənməsi mühüm əhəmiyyət kəsb edir (Şəkil 23.1). Davamlı təmizləmə daha yaxşı təsir göstərir. Arılar oyuqda yaşayarkən infeksiyanın öldüyü, ailənin isə sağlam qaldığı bir vaxtda onların yerlə əlaqəsini kəsmək üçün yuvasını təmizləmək lazımdır.
Qışlamadan sonra bütün arıxanalarda pətəklər mütləq təmizlənməlidir. Bu işi olduqca sürətlə görmək lazımdır. Məsələ ondadır ki, ölü arılar çürüyür və onlardan ölü iyi gəlir. Bundan başqa, ölü arıların arasında yoluxucu xəstəliklərdən ölən arılar da ola bilər və bu cür ölmüş arılar infeksiya mənbəyinə çevrilə bilər. Hündür yuvaaltı, çərçivəaltı boşluq olduğu təqdirdə arılar pətəyin altlığı ilə təmasda olmadığı üçün təmizləmə işləri bir o qədər də vacib hesab olunmur. Əgər altlıq vaxtında təmizlənməsə, arılar ölü arıları özləri çıxaracaq, bu isə arıxanada antisanitariya şəraitinin yaradılmasına səbəb ola bilər. Ona görə də altlığı qışlamadan dərhal sonra təmizləmək lazımdır.
Çıxardılan altlıqları olan pətəklərdə işi aparmaq daha rahatdır. Uçuş bacasına tüstü burumları buraxın, pətəyin qapağını çıxardın və onu pətəyin yanına qoyun. Sonra isə pətəyin gövdəsini altlıqdan çıxardın və qapağın üzərinə qoyun (əgər qapaq qoşalaylıdırsa, onda əlavə altlıqdan istifadə edin). Pətək dayaqcıqlarının payalarından çirkli altlığı götürün, onun yerinə isə təmiz, dezinfeksiya edilmiş pətək qoyun, sonra isə pətəyi yerinə yerləşdirin.
Tas və başqa qabların üzərində çirkli altlığı ölü arılardan təmizləyin, iskənə ilə yaxşı qaşıyın, dezinfeksiyaedici məhlulla yuyun və ya lehim lampasının odu ilə yandırın. Bu altlıqdan növbəti pətəkdə altlığın dəyişilməsi üçün istifadə edin (Şəkil 23.2).