Nəzəri biliklərin qiymətləndirilməsi
Test 21
Sual 1. Qışlama yerində mikroiqlimi müəyyən etmək üçün hansı cihaz lazımdır?
A) Termometr;
B) Psixrometr;
C) Siptometr;
D) Monometr.
Sual 2. Arıların qışlaması üçün ən əlverişli temperaturu seçin.
A) Müsbət 100C;
B) Müsbət 40C;
C) 00C;
D) Mənfi 20C
Sual 3. Arıların qışlaması üçün optimal rütubət nə qədər olmalıdır?
A) 100 faiz;
B) 90 faiz;
C) 80 faiz;
D) 70 faiz.
Sual 4. Pətəyə barmaqla təsir edildikdə arıların çox səs salması nəyi göstərir?
A) Sevindiklərini;
B) Qorxduqlarını;
C) Yaxşı qışladıqlarını;
D) Qışlamanın pis keçdiyini.
Sual 5. Pətəyə barmaqla vurulduqda arıların səs salıb tez susması nəyi göstərir?
A) Qışlamanın yaxşı keçdiyini;
B) Qışlamanın pis keçdiyini;
C) Yemin qurtardığını;
D) Yem ehtiyatının çox olduğunu.
Sual 6. Temperaturun artması üçün ventilyasiyanı genişləndirmək, yoxsa azaltmaq lazımdır?
A) Genişləndirmək;
B) Azaltmaq;
C) Tamamilə bağlamaq;
D) Tamamilə açmaq.