Temperaturu aşağı salmaq üçün ventilyasiya borularında yarıqları geniş açın ki, balın bərkiməsi yubansın.
Termometri elə qoyun ki, onun göstəriciləri arı ailəsinin mərkəzində yerləşsin. Əgər temperatur 34-350C-ni göstərirsə, deməli, ailədə sürfə var. Bu, yemin olmasının göstəricisidir.
Psixrometrin göstəricilərini yoxlayın. Əgər o, çox qurudur, məsələn, 55 faiz nisbi rütubətdə və ya azdırsa, arılara su lazımdır.
Yemə ehtiyacı olan qışlayan arı ailəsinin yuvasının üzərindən çərçivələrin yuxarı taxtalarına şanlara nisbətən eninə qoyulmuş karandaş qalınlığında olan çubuqlarda ballı şan qoyun ki, balı ovuc bağlanan ölçüsündə möhürləyə biləsiniz.
Şanda arı topasının yerləşdiyi mərkəz hissəsinin üzərindən 15-18 millimetr diametri olan yarıq açın. Şanın üzərinə, həmçinin taxta və faner qoyun. Onları sıx yerləşdirdikdən sonra üstündən yastıqça ilə topanı istilədin. Ballı şan olmamaq şərti ilə birlaylı cunada bərkidilmiş şəkərlənmiş balı arılara verin.
Bal olmayanda bankaları üzü aşağı çevirərək arılara bankalarda 1:1,5 ölçüsündə (bir hissəsi su və 1,5 hissəsi şəkər) şəkər şərbəti verin. Bankanın ağzını qabaqcadan su ilə isladılmış cunaya sarıyın. Ehtiyac olduqda bankalarda suyu da eyni qayda ilə verin.
Sərbəst iş üçün tapşırıqlar