Qışlama yerlərində əlverişli temperatur 00C-dən 40C-yə kimi olmalıdır, bəzi hallarda isə aşağı düşə bilər. Bu nəinki qışlama yerinin növü, həmçinin digər amillərdən asılıdır: ailənin gücü, yemin keyfiyyəti, havanın rütubəti, pətəyin növü, istilik, açıq bacaların ölçüləri və başqa amillərdən. Bütün hallarda arılar üçün ən əlverişli temperatur arıların sakit olduğu vaxtda olan temperaturdur.
Bir çox halda (qışlama yerlərində) pətəklərdə orta güclü ailə üçün ventilyasiyanı açıq yuxarı və qismən aşağı bacaların açılması, eyni zamanda altlıq, divarlar və boş tavanlardan havanın keçməsi, həmçinin az istiliklə nail olmaq olar.
Pətəkdə bacaların sayını azaltmaq və ya çoxaltmaq, bəzən də istiliklə ventilyasiyanı təmin etmək mümkündür. Bütün hallarda arıların saldığı minimal səs qışlama yerlərində əlverişli temperaturun olması, həmçinin yuvaların ventilyasiyasının normada olduğunu təsdiqləyir.
21.1. Arıların qışlama vəziyyətinin müəyyən edilməsi
Qışlama yerində olan psixrometrdən həm quru, həm də nəm termometrin göstəricilərini götürün və cədvəlin köməyi ilə mikroiqlimin parametrlərini müəyyən edin (Şəkil 21.1): quru termometr, əsasən arıxana jurnalında olan temperaturu qeyd edin, nisbi rütubəti isə cədvəldən götürün (Cədvəl 21.1): məsələn, quru termometrdə sütun müsbət 20C, nəm termometrdə isə müsbət 10C-də durur, beləliklə, cədvəldə bu göstəricilərin arasında olan rəqəm olur: 82 faiz. Bu, nisbi rütubət, ən əlverişli rütubətə yaxındır. Həm quru, həm də nəm termometrlər müsbət 2°C-ni göstərərsə, nisbi rütubət 100 faiz təşkil edəcək. Bu rütubət çox yüksəkdir və aşağı salınmalıdır.