21. Qışlama yerindən çıxarılmazdan əvvəl arılara qulluq
Qışlamanın sonunda arı ailəsi xüsusi topa adlanan vəziyyətdə olur, bu isə bal şanlarında yerləşən arıların qapçağabənzər düzümünə bənzəyir, həmçinin şanlar və şan qovuqcuqları arasında olan məsafəni tutur. Arıda qış ərzində uçmayan dövrü ilə bağlı olan bir çox problemlər yaranır.
Pətəkdə çox vaxt arıların orqanizminə mənfi təsir göstərən nəmişlik yüksək olur. Havanın yüksək rütubəti şəraitində arıların orqanizmində sürətlə nəcis yığılır. Arı bütün qışı mədəsini boşaltmır. Suyun sürətlə yığılması nəinki arının arxa bağırsağına təzyiq göstərir, həmçinin də onun nəfəs borusunu su ilə dolduraraq asfiksiyaya (arının boğulmasına) səbəb ola bilər.
Hazırda arı ailəsinin yuvasında sürfə doğulur. Bu səbəbdən arılar yuvanın mərkəzində temperaturu 240C-dən 350C-yə kimi artırır. Bu isə istiliyi qorumaq üçün yem ehtiyatlarının çoxalmasına səbəb olur. Bundan başqa, doğulduğu vaxtdan üç günlük yaşına kimi gənc sürfələri yemləmək üçün ana südü verilməlidir.
Arılara ana südü verdikdən sonra onların orqanizmində zülal çatışmazlığı əmələ gəlir, çünki 18 günlük yaşından yuxarı olan arılarda zülal olmur. Bu səbəbdən də arı orqanizmində zülal birləşmələrinin çatışmazlığı əmələ gəlir. Bu isə arı orqanizminin qocalmasına səbəb olur. Məhz arının fizioloji yaşı orqanizmdə olan zülalın tərkibindən asılıdır. Orqanizmdə nə qədər çox zülal olarsa, bir o qədər də arı cavan olur. Arı zülalı nə qədər çox sərf etsə, bir o qədər də tez qocalar.
Açıq havada qışlayan arı ailələri üçün istiliyin olması təhlükəlidir. Əgər istilik davamlıdırsa, ailənin yuvasında temperatur artır. Bu, ananın yumurta qoymasına şərait yaradır. Artım başlayır. Bunun üçün arılar çoxlu bal sərf edir. Qeyd etmək lazımdır ki, onlar sürfə ilə sərhəd olan baldan istifadə edir.
Bu səbəbdən də sürfənin yanında boş qovuqcuqlar olur. İstilik vaxtı topa nə qədər çox genişlənir və uzanırsa, qovuqcuqlar bir o qədər də çox olur. Soyuq düşən vaxt, əsasən də şaxtalı havada arılar sıx yığılır və şanlarda az yer tutur. Məhz onlar anadır, yemləyici-bəsləyicidir və öz vəzifələrini dəqiq yerinə yetirir.
Arılar sürfəni elə seçməlidir ki, gələcəkdə ora yerləşdirildikdən sonra onu heç vaxt tərk etməsin. Şanlarda arılarla olan yerin azalması topadan ayrı düşən arıların bal ehtiyatı ilə əlaqəsini kəsir. Nəticədə arı ailəsi acından ölür.
Arıların qışlamasının son günlərində yem çatışmazlığı səbəbindən arıların acından ölməsi halları müşahidə olunur. Bu hətta pətək və arıların ac qaldığı şanlarda bal olduğu təqdirdə də baş verə bilər. Soyuq baldan arı hərəkətsiz olur, sonra isə ölür.
Arılar topanın üzərində olan balı öz istiliyi ilə qızdırır. Topanın aşağı hissəsi və ya yanları, hətta kənarlarında belə bal soyuq olur və bu səbəbdən də yararsız olur. Arılar qonşu şanların üzərinə qonmadıqda onlardan alınan baldan istifadə olunmur. Müsbət 7°C və daha aşağı temperaturda arı topadan kənarda fəallığını itirir. Bu səbəbdən arı hər hansı bir səs və titrəyişə reaksiya verərsə, tez ölər.
Qışlama yerlərində olan pətəklər xüsusi qəfəsələrdə biri-birinə çıxışı olmaq şərti ilə hazırlanmalıdır. Onlar qapaqsız olmalı, həmçinin orada bir az istilik qalmalıdır. Yalnız tavan taxtalarına qoyulan qamışlı həsirlərdən istifadə etmək olar.