Nəzəri biliklərin qiymətləndirilməsi
Test 1
Sual 1. Arıxananın ixtisaslaşdırılmasında hansı amil rol oynayır?
A) Entomofil bitkilərin yem bazasının təyinatı;
B) Hava şəraiti;
C) Coğrafi relyef;
D) Arıçının bilik və praktikası
Sual 2. Arıların ixtisaslaşdırılmasında neçə istiqamət müəyyən olunub?
A) 5;
B) 4;
C) 2;
D) 3
Sual 3. İki hektar günəbaxan sahəsinin tozlanması üçün neçə arı ailəsi lazımdır?
A) 7;
B) 1;
C) 4;
D) 3.
Sual 4. Bir hektar bağçanın tozlandırılması üçün neçə arı ailəsi lazımdır?
A) 4;
B) 5;
C) 2;
D) 3.
Sual 5. Bir yerdə neçə arı ailəsi saxlamaq əlverişli hesab olunur?
A) 100;
B) 30;
C) 50;
D) 70
Sual 6. Ailədə 30 kiloqram və daha az bal istehsal edən arıxana nəyə görə sərf etmir?
A) Maya dəyəri yüksək olur;
B) Pöhrə çox çıxır;
C) Arılar çox yeyir;
D) İşçilər gizli aparır