Şəkil 20.1. Sürfələr
Xəstə arılar başqa yerdə yumrulana bilər. Onlar parıltısını itirir, saralır, tündləşir, həmçinin çürüyür və onların pis qoxusu olur. Xəstə sürfə ilə olan şan qarışıq halda olur, onun yanında isə yumurtalar, möhürlənmiş sürfə, kiçik yaşlı və yaşlı sürfələrlə olan qovuqcuqlar yerləşir (Şəkil 20.2).
Baxış keçirildikdən, həmçinin ailə və yuvanın vəziyyəti müəyyən edildikdən sonra bütün göstəriciləri arıxana jurnalına qeyd edin. Sonra isə digər pətəyə baxış keçirdin. Yoxlanış zamanı ailədə, həmçinin aşağıdakı çatışmazlıqlara rast gəlmək olar: bəzi ailələrin kifayət qədər yemlə təmin olunmaması, ananın təcili yerləşdirilməsi və anasız olan ailələrin normal ailələrə birləşdirilməsi ilə həll olunan anasızlıq məsələsi, dərhal əvəzolunması tələb olunan erkək və ya tamamilə yararsız analar (çolaq analar), yuvanın şanlarının ishalla çirklənməsi (ishalın hansı növə aid olduğunun müəyyən edilməsi), yararsız şanlarla olan yuvalar dərhal əvəz olunmalı, yığım olduqda və arılar kifayət qədər güc topladıqda şanların bərpası üçün süni şan verilməlidir, ailənin sürətli zəifləməsini sürfə və ya gənc arıların hesabı ilə artırmaq lazımdır.