Zəif ailələrə, xüsusilə yaxşı qulluq olunmalıdır. Düzgün qulluq və yaxşı ana olduqda onlar həmişə yaz beçələri (yeni yaranan ailələri) inkişafına keçir. 5 çərçivəyə qonan ailələri digər ailələrlə birləşdirmək lazımdır. Tək inkişafa nisbətən birləşmiş ailə ilə inkişafda olan ailə müsbət nəticələr verəcək. Bütün yararsız şanları yuvadan çıxardın. Bunu eləmək çətin deyil, çünki hazırda ailədə, adətən sürfə və bal çox az olur.
Çıxarılmış çərçivələr əvəzinə, bal və şan olan ehtiyat çərçivələri qoymaq lazımdır.
Bal ehtiyatlarının keyfiyyəti və kəmiyyətini müəyyən etmək lazımdır. Əgər bal bərkdirsə, onu tədricən möhürdən açmaq və isti otaqda 12-18 saat qızdırmaq lazımdır, sonra isə ilıq su ilə üzərinə çiləyib arılara vermək lazımdır.
Ailənin yuvasında bal çatışmadıqda arılara bal və ya qatı şəkər şərbəti (1 hissə suya 2 hissə şəkər) olan çərçivələr verilir.
Əsasən soyuq yaz vaxtı yuvada güləm az olduqda və ya heç olmadıqda ailəyə güləmli çərçivə verilir.
Ailədə olan bütün yem ehtiyatının sərf olunmasını gözləməyərək arı ailəsinin yuvasında daimi yemin miqdarına nəzarət edilir. Yazda arıları çox bal və güləm ehtiyatı ilə təmin etmək - səmərəli arıçılığın ən vacib üsullarından biridir. Ona görə də yığım olana kimi arılara yem vermək lazımdır.
Yoxlanış zamanı məlum olunsa ki, ana zəifdir, onu dərhal dəyişmək lazımdır.
Ananın keyfiyyətinə sürfəyə görə qiymət verilir. Əgər sürfə çoxdur və bütövdür, həmçinin bütün qovuqcuqların üzərində varsa, ana yaxşıdır. Hörülmüş sürfə, yəni bir qovuqcuğu möhürlənən, ikincisinin yanında sürfə olan, üçüncü qovuqcuq boş olan, dördüncü qovuqcuqlar və çiçək tozu ilə olan və sair sürfələr ana və ya ailənin çatışmazlığının əlamətidir. Ana xəstə, həmçinin ailə zəif və ya xəstə olduğu təqdirdə bu hala rast gəlmək olar.
Əsasən erkən yazda zəif ailə bütün qovuqcuqları təmizləməyi çatdırmır, ana isə yalnız təmiz qovuqcuqlara yumurta qoyur, bu səbəbdən də bu cür halda, hətta yaxşı ana olduqda bütöv sürfə almaq olmaz.
Güləmlə dolu olan çərçivələrdə də bütöv sürfə olmur. Bunu nəzərə alaraq ilk sürfəyə görə yaxşı ananı çıxdaş etmək olmaz. Şübhəli hallarda sürfəni nəzarətdə saxlamaq lazımdır. 2-3 həftədən sonra sürfə (hörülmüş) yenidən dağıdılsa, ailə də inkişafdan geri qalsa, bu cür ana əvəz olunmalıdır.
Arı sürfəsinin arasında “qozbel” sürfəsinə (arı qovuqcuqlarında erkək arı sürfəsi) rast gəldiyi halda da ananı əvəz edin. O, yaşlı və ya erkəkləşmiş (spermayığıcıda) ananın olduğunu təsdiq edir, onu əvəz etmək lazımdır.
Yoxlanış zamanı nəzərə almalısınız ki, yem olmadıqda, həmçinin şanlar ishalla çox çirkləndikdə hətta yaxşı ana yumurta qoyulmasını azalda və tamamilə dayandıra bilər.
Yuvaya baxış keçirilərkən sürfənin sağlamlığına xüsusi diqqət verin. Sağlam sürfələr parlaq, ağ, sədəf rəngində olur, həmçinin şanların qonşu ərazisində olan sürfə ilə təxminən eyni yaşda olur. Xəstə sürfələr qeyri-normal vəziyyətdə ola bilər. Normadan kiçik sürfələr aşağıdakı şəkildəki formada yerləşir (Şəkil 20.1).