Praktiki tədbirlər:
Pətəyi yuxarı hissədən çərçivələrə kimi açın.
Çərçivədən lazımsız şanları çıxardın və anbara aparın.
Pətəkdə yuvaları elə qurun ki, arakəsmə taxtalarının arxasında istiləşdirici yastıqçalar qoymaq olsun.
Sürfə ilə işləyən şanların sayından bir şan çox olan sürfəli yuvanı uçuş bacasının yanında ayrı qurmaq lazımdır.
Sürfəli yuvaya arakəsmə taxta qoyun, sonra isə yemlə olan çərçivələr qoyun (Şəkil 19.2). Bütün çərçivələr arılarla dolu olmalıdır, çərçivə aralıqlarının eni isə 12 millimetrin yerinə 8,5 millimetrə kimi azaldılmalıdır.
Arakəsmə taxtanı qoyun və istiləşdirici yastıqçanı ona yaxınlaşdırın.
Tavan taxtaları qoyun və onun üzərinə bir neçə layda kağız qoyun. Onun üstünə yastıqça qoyun.
Pətəyi saman həsir və ya digər istiləşdirici materialların köməyi ilə isidin. Yalnız divarları örtün ki, o, pətəyin açılmasına mane olmasın.
Pətəyin altına quru saman, quru yarpaq və ya digər istiləşdirici material qoyun.
Uçuş bacalarının ölçülərini elə tənzimləyin ki, 3-5 arı oradan keçə bilsin.
Yuvaların qısaldılması və isidilməsini altlığın təmizlənməsi, bəzən də pətəyin dəyişdirilməsi ilə birgə aparın.
İstilik başlayan kimi mərkəzi arakəsmə taxtasını götürün. Bunu qısaldılmadan təxminən 3-5 həftə sonra eləyin.
Pətəkdə arıların sıx yerləşdirilməsi və pətəyin mütləq qaydada isidilməsini nəzərə alaraq ora şanlar əlavə edin.