19. Yuvaların qısaldılması və isidilməsi
Sürfələrin bəslənməsini təmin etmək üçün mülayim mikroiqlim lazımdır. Sürfə yuvasında optimal temperatur 34,5-350C olmalıdır. Kifayət qədər yem və optimal nisbi rütubət olduğu təqdirdə sürfənin normal inkişafını təmin etmək mümkündür.
Sürfə olan arı ailəsi pətəyi - sabit mikroiqlimi tənzimləyən nümunəvi termostatdır. Pətəkdə mikroiqlimi tarazlamaq üçün istiliktənzimləmə tələb olunur. İstiliktənzimləmə istiliyi saxlamaq, isidilmiş şanlara böyük həcm vermək və sürfəli yuvaları genişləndirmək məqsədini daşıyır. İstiliktənzimləyicinin funksiyası hamıya məlumdur: temperatur kəskin dəyişilən vaxt istiliyi qoruyub saxlayır.
İstiliktənzimləmə, yəni isidilmə ən çox yazda temperaturun 30°C-yə kimi dəyişildiyi vaxt lazım olur. Söhbət ondan gedir ki, məsələn, ətrafda temperatur müsbət 5°C olduqda pətəyin içində isə temperatur müsbət 350C ola bilər. Beləliklə, temperatur dəyişikliyini təmin etmək üçün yaxşı istiliktənzimləmədən istifadə etmək olar.
Çöldə hava soyuq olduqda arılar həmişə yuvalarını qızdırır, bununla da onlar yuvada çoxlu isidilmiş boş yerin olmasına çalışır. Yuvada nə qədər çox isidilmiş boş yer olarsa, ailə bir o qədər də çox sürfə bəsləyə bilər. Əlbəttə ki, ailənin də imkanlarını nəzərə almaq lazımdır.
Arılar oturduğu yeri yaxşı isidə və sabit istiliyi qoruyub saxlaya bilər. Artıq şanlar lazımsız və məhv olunmalıdır. Mikroiqlimin sabitliyini təmin etmək üçün məhz bu əməliyyat yuvaların qısaldılması adlanır. Məsləhət olunur ki, şanlar arası (çərçivə aralıqları) məsafəni 12 millimetrdən 8,5 millimetrə kimi azaldasınız. Bəslənmiş sürfələrin sayının artması işinə bu, müsbət təsir göstərir. Belə olduğu təqdirdə isidilmiş yerdə şanların sayı artacaq.
Qısaldılmayan yuvada təkdivarlı isidilməyən pətəkdə 9 və ya 8 şanda yaşayan orta güclü ailədə bir saata olan istiliyin itkisi 3,6 kalori təşkil edir. Lazımsız istilik itkisinin qarşısını almaq üçün arılar ayda 6 kiloqram 170 qram baldan istifadə etməlidir. Yalnız bu pətəyin 10 santimetr qalınlığı olan yastıqça ilə isidilməsi (yuxarı) lazımsız itki rəqəmini 4 kiloqram 300 qrama kimi azaldır, yəni 2 kiloqram bala kimi qənaət olunur. Əsas isidilmə zamanı yuva qısaldılarsa, arılar yuvada 34-350 C temperaturu saxlamaq üçün baldan daha az, yəni ayda 3 kiloqram 940 qramdan istifadə edəcək.
Təkdivarlı pətəkdə 6 çərçivəyə kimi yuvanı qısaldaraq arakəsmə taxtasının arxasının yan tərəflərindən yuva isidilərsə (yuva pətəyin mərkəzində arakəsmə taxtaların arasında yerləşərsə), arılar sürfələrin bəslənməsi üçün lazımi temperaturu saxlamaq məqsədi ilə 1 aya cəmi 2,4 kiloqram baldan istifadə edəcək.
Pətək nəinki yuxarı və kənarlar, həmçinin aşağı hissələrdən qızdırılsa, bala çoxlu qənaət etmək olar (Şəkil 19.1). Bu cür olduğu təqdirdə yuvada lazımi temperaturu qoruyub saxlamaq üçün cəmi 2,4 kiloqram bal sərf olunacaq.