-
Payız-qış vaxtı arıçının vəzifəsinin (arı ailələrini tam qorumaq) nədən ibarət olmasına diqqət
edin.
-
Arıların düzgun qışlamasını təşkil etmək üçün onların hələ payızdan qışa hazırlamaq lazım
olduğunu öyrənin və fikirlərinizi bir-birinizlə bölüşün.
-
Şanlarda neçə nəsil arının yetişməsi üçün qış ehtiyatının olmasını öyrənin və diqqətinizdə
saxlayın.
-
Avqust ayında yuvadakı balın miqdarını müəyyən edərək ehtiyat yemi hesablayın və
diqqətinizdə saxlayın.
-
Balın keyfiyyətini müəyyən edərkən tərkibində gəzəngi maddələrinin olub-olmadığını
müəyyənləşdirməyi yaddan çıxarmayın.
-
Avqust ayında yem ehtiyatını əgər çiçəkləmə yoxdursa, şəkər hesabına tənzimləməyə diqqət
yetirin.
-
Şəkərin necə və nə vaxt verməyin lazım olduğunu öyrənin və birlikdə müzakirə edin.
-
Şəkər şirəsini hansı fasilələrlə və necə verməyin lazım olduğuna diqqət edin.