18. Qış üçün yem ehtiyatının yığılması
Payız-qış vaxtı arıçının vəzifəsi: arıxanada arıların az bal itkisinə yol verməklə qışlaması, yazda fəal və sağlam olmaları üçün arı ailələrini tam qorumaqdır.
Arıların düzgün qışlamasını təşkil etmək üçün onları hələ payızdan qışa hazırlamaq lazımdır. Qışda arılar bir o qədər də fəal olmur, hər hansı bir təşviş onların vəziyyəti və qışlamanın nəticələrini pisləşdirir. Bu səbəbdən hələ payızdan arılar, pətəklər və yuvaları elə hazırlamaq lazımdır ki, qışda baxış keçirmək, yem verilməklə arılar narahat olmasın. Payızda görülməyən işləri sonradan etmək çox çətin olur, bəzən isə qışda eləmək qeyri-mümkün olur.
Payızda düzgün və vaxtı-vaxtında arıların hazırlanması arıxanalarda yüksək məhsuldarlıq və yaxşı qışlamanı təmin edir. Əsas şərtlərdən biri qışa yem ehtiyatlarının hazırlanmasıdır. Ən yaxşısı arıları keyfiyyətcə yaxşı balla təmin etməkdir.
Bu cür yemlə təmin olunduqda ailələrin qışda acından ölümü ola bilməz və yaz sürfələrinin yetişdirilməsi və arı ailələrinin inkişafı hava şəraiti və yığımdan asılı olmayacaq, hətta pis hava şəraitində əsas yığım zamanına güclü ailələr almaq olar. Bununla yanaşı, balın bir hissəsinin başlanğıc üçün ailələrdən ayıraraq beçələrin alınması üçün istifadə oluna bilər.
Dörddən az olmayan arı nəslinin yetişdirilməsi üçün şanlarda qış ehtiyatları olmalıdır. Açıq şanlar qışlama və ailələrin yaz inkişafı üçün çox soyuqdur. Bu səbəbdən arılar bu şanlarda pis qışlayır, ana arı isə orada yazda həvəssiz yumurtalayır. Unutmaq olmaz ki, şəkərin hesabına qışa karbohidrat yemin artırılması məsləhətli deyil, amma xüsusi hallarda ondan istifadəyə icazə verilir.
Praktiki tədbirlər
Şanlarda möhürlənmiş bal olduğu halda arı ailələrinin yuvalarından şanların hamısını yox, yarısından çoxunu götürün. Şanların aşağı hissəsində üçdə bir hissəsi qədər boş qovuqcuqlar olmalıdır. Hər qışlayan ailəyə 2-dən 5-ə kimi bu cür çərçivələr saxlamaq lazımdır. Bu çərçivələri ailədən yığılan gün quru bir yerə qoyun. Onları mum güvələrinin hücumundan qorumaq lazımdır. Bunun üçün otaqda temperatur müsbət 10°C-dən yuxarı olmamalıdır, yaxşı olar ki, ondan da aşağı olsun. Qeyd olunan temperaturda mum güvəsi halsız olur (söhbət tırtıldan gedir), ona görə də yemlə olan şanlar qorunub saxlanılır.
Avqustun ilk günlərində balın hesabını aparın, onun arı yuvasında kifayət qədər olduğunu yoxlayın. Bunun üçün hər bir çərçivəyə baxış keçirilməli və təxmini balın miqdarı müəyyən olunmalıdır.
Dadan-Blattın bir çərçivəsində 4 kiloqram bal yerləşir. Bundan irəli gələrək onun çəkisini müəyyən edin və çərçivənin yuxarı lövhəsində qeyd edin. Yekunda arıxana jurnalında qeyd eləyin.
Balın keyfiyyətini təyin edərkən tərkibində gəzəngi maddələrinin olub-olmadığını müəyyənləşdirin. Bu, çox vaxt spirt və əhəng reaksiyalarının köməyi ilə alını (Bu barədə “Əsas payız yoxlanışının keçirilməsi” təlim nəticəsində danışılıb).
Əgər bal keyfiyyətsiz olarsa, onu süzün, arılara isə lazımi qədərində qatı şəkər şərbəti verin.
Arıxananı çiçəklənmə vaxtı avqust, bəzən də sentyabr aylarında nektar bitkiləri olan yerlərə gətirin.