Ehtiyat anaları ilə olan kiçik ailələri arakəsmənin arxasından güclü ailənin yanında yerləşdirin.
4 çərçivədən az olan ailələri qışa saxlamayın. Arılar onların üzərinə yaxşı qonmalıdır. Az arı olan ailələr isə qışlama zamanı işləmədiklərinin əvəzinə işləyir. Onlar çoxlu enerjini yuvada lazımi istiliyin qorunub saxlanılmasına sərf edir, ona görə də yazda bu cür ailələrdə qışlamış arılar tez ölür. Bu səbəbdən də qışa yalnız güclü ailələr qalmalıdır.
İki gec yaradılmış beçəni faner arakəsmədən bir pətəyə yerləşdirmək lazımdır. Onlar qarşılıqlı olaraq bir-birini qızdıracaq və yaxşı qışlayacaq.
Sərbəst iş üçün tapşırıqlar