Qısaldılmış yuvada arılara isti olacaq, bu səbəbdən də onlar az yem yeyəcək, bu isə o deməkdir ki, onların bağırsaqları az dolacaq.
Qışlama zamanı daha sıx yuva qurun. Bu cür halda yalnız küncdə olan çərçivələr çöl tərəfdən qışda arılarsız qala bilər.
Yuvanın künclərindən ən pis hazırlanmış çərçivələri qoyun, çünki arıların olmadığı çərçivələr, əsasən künc çərçivələr çox vaxtı nəmişlikdən çürüyür.
Yazda bu künc çərçivələri pətəkdən çıxardın və mumu əridin. Bəzi təcrübəli arıçılar başqa cür eləyirlər. Onlar sürfə və güləm olmayan gənc bal çərçivələrini küncdə qoyurlar. Bu cür çərçivələr kiflənmir və yaxşı qalır.
Yuvada boş (balsız) çərçivə, həmçinin bir tərəfdən boş və ya az miqdarda bal olan çərçivələrə diqqətlə baxın. Boş çərçivə yuvada sanki arakəsmə olaraq qışda arıların keçməsinə mane olacaq, arılar soyuqdan ölə bilər, hərçənd ki, boş çərçivənin arxasında bal ehtiyatı var.
Çox az olan çərçivələri vaxtından əvvəl arakəsmə taxtaya arıların qurutması üçün qoyun və ya ondan balı süzün, arıları isə yemləyin.
Hər çərçivədə 2 kiloqramdan 2,5 kiloqramadək bal olmalıdır. Onda əmin olmaq olar ki, yaza hər çərçivədə yem çatacaq - bu, arıların yaxşı qışlaması üçün ən əsas və zəruri şərtdir.
Güləmlə olan çərçivəni arı topası olan yerə qoyun, əks halda o, kiflənəcək.
Yuvanın hər iki tərəfindən arı topasının kənarında yalnız bir dolu bal çərçivəsi qoyun. Artıq bütün çərçivələri çıxartmaq lazımdır.
8-dən az olmayan çərçivə aralığında olan və bir və ya ikiyaşlı anaları olan güclü ailələri qışa saxlamaq lazımdır.
Yuvanı əvvəlcədən əsas payız yoxlanışı zamanı hazırlamaq lazımdır.
İsti yığım zamanı yuvanı elə qurun ki, hər bir çərçivə yarıya kimi balla dolsun. Arı topası bacanın yanında yerləşəcək və üzü yuxarı hərəkət edəcək.
Şanlarda balın keyfiyyətini yoxlayın və yuvada gəzənginin yaranmasına imkan verməyin.
Yuva qurulduqdan sonra ona diqqət yetirmək lazımdır ki, sürfə doğulduqdan sonra haradan yenə çərçivə götürülməli və lazımi miqdarda yem əlavə olunmalıdır.
Yuva qurulduqdan sonra müvəffəqiyyətli ailələri narahat etmək olmaz. Arılar müstəqil olaraq qışa hazırlaşır: künc çərçivələrinin çöl tərəflərindən bal seçir və yuvaya gətirir; tavana lazımi maddələr çəkir, çərçivələri bərəmum vasitəsi ilə bərk gəzəngiyə yapışdırır; bacadan yuxarı olan bütün yarıqlara suvaq çəkir. Ona görə də arıların qurduqları yuvanı lazımsız halda sökmək olmaz.
Yuvaları sentyabrın əvvəli yuxarı və yan yastıqçalarla yaxşı istiləşdirmək lazımdır. Bu halda arılar az bal yeyəcək.
Qışlama zamanı çöldə pətəkləri güclü küləklərdən hündür çəpərlər və sıx əkinlərlə qorumaq lazımdır.
Xüsusi ilə tək divarlı pətəklərdə yaxşı qışlamaq üçün yuvanın isidilməsi ilə yanaşı, onları qısaldın.
Bir pətəkdə 2-3 kiçik ailəni ehtiyat anaları ilə birlikdə yerləşdirin. Pətəyi faner arakəsmələri ilə bölün. Bu ailələr bir-birlərini qızdıracaq. Pətəyə 3 belə ailə qoysaq, onları elə yerləşdirmək lazımdır ki, küncdə olanlar daha güclü olsun, ortada olan ailələr isə daha zəif olsun.